"Açığı, mən həmişə "Neftçi"nin qalib gəlməyini istəyərəm. Bu, hər zaman belə olub, belə də olacaq. Amma təəssüf ki, "Neftçi" Tovuzdakı ilk matçda çox pis oynadı".
Bu sözləri Qol.az saytına açıqlamasına futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, Azərbaycan kubokunun yarımfinalında bu gün "Neftçi" və "Turan Tovuz" arasında keçiriləcək cavab oyunu haqda danışıb.
Hüseynov Bakı təmsilçisinin ilk görüşdə yaxşı çıxış etmədiyini, ona görə də uduzduğunu (0:1) qeyd edib: "Neftçi"nin Tovuzdakı oyunu heç xoşuma gəlmədi. Elə bil komanda özündə deyildi. Buna baxmayaraq, "Turan Tovuz"un da qələbəsinə kölgə salmaq olmaz. Onlar öz azarkeşlərinin qarşısında həddindən artıq yaxşı oyun nümayiş etdirirlər və əks-hücumlarda özlərini yaxşı göstərirlər. Buna görə də öz istəklərinə çatdılar, qol vurub qalib gəldilər".
Y.Hüseynovun sözlərinə görə, "Turan Tovuz"un 1:0 öndə olmasına baxmayaraq, "Neftçi"nin finala yüksəlmək şansı daha yüksəkdir: "Neftçi" ilk matçdakı məğlubiyyətdən dərs çıxarmalıdır. Bilirsiniz ki, titul qazanmaq üçün ya Premyer Liqada çempion olmalısan, ya da ölkə kubokunu almalısan. 2-ci, 3-cü yerlər titul sayılmır. Mənə elə gəlir ki, "Neftçi" bu gün azarkeşlərini sevindirəcək. "Neftçi"nin fanatları həmişə qələbəyə layiq azarkeşlik edirlər. Məncə, komanda özünü toparlayıb qalib gələcək, finala yüksələcək. Şanslar həmiə 50-50-yə olur. Çempionat oyunu ilə kubok oyunu tam fərqlidir. Kubokda 1 matç hər şeyi həll edə bilir. "Turan Tovuz" asan məğlub olmayacaq. Bu gün də oxudum ki, "Neftçi" ilə oyun üçün Tovuzdan çoxlu azarkeşlər gəlir. Bu oyuna maraq çoxdur. Hamıya məlumdur ki, "Turan Tovuz" Premyer Liqada yeni komandadır. İlk ildən ölkə kubokunda finala çıxmaq onlar üçün böyük nəticə ola bilər. Ona görə də "Turan Tovuz" yaxşı nəticə üçün əlindən gələni edəcək. Amma məncə, "Neftçi"nin şansı çoxdur. Düşünürəm ki, "Neftçi" "Turan Tovuz"a qalib gələcək. Düzdür, "Turan Tovuz"un heyətində itkilər var. Ancaq fikrimcə, istənilən halda, "Neftçi"də rəhbərlikdə tutmuş, futbolçularadək hər kəs Tovuzdakı görüşdən nəticə çıxarıb. Ona görə də məncə, "Neftçi" daha diqqətli davranıb qalib gələcək".
Qeyd edək ki, bu gün Bakıda keçiriləcək "Neftçi" - "Turan Tovuz" oyunu saat 20:00-da başlayacaq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi