“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib.
Qol.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 31-ci turuna təsadüf edib. 24 yaşlı legioner “Sumqayıt”la səfər görüşündə sonradan meydana daxil olub.
Omar “qırmızı-qaralar”ın 0:2 hesabı ilə geridə olduğu matçda "Qəbələ"nin ilk qolunu vurub. Yubiley matçındakı bu topdan sonra daha iki dəfə fərqlənən “Qəbələ” geridönüşlə 3 xal qazanıb – 3:2.
Hani Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb.
Omar “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur.(gabalafc.az)
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi