"Azərbaycan kubokunun yarımfinalında "Səbail"lə ilk oyundan sonra "Sumqayıt"la matça hazırlaşmaq çox çətin idi".
Bu sözləri Qol.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Ürfan Abbasov deyib. O, Misli Premyer Liqasının 31-ci turunda dünən "Sumqayıt"a əzmkarlıqla qalib gəlmələri (3:2) barədə danışıb. 30 yaşlı müdafiəçi belə qələbə qazandıqlarına görə sevincli olduqlarını söyləyib:
"Səbail"lə matç ilə "Sumqayıt"a qarşı görüşün arasındakı fasilə az idi. Dünən yenə hesabda geri düşmüşdük. Amma oyunun sonlarına yaxın özümüzdə güc tapıb, hər şeyi öz xeyrimizə dəyişə bildik. Buna görə çox sevincliyik".
30 yaşlı müdafiəçi kapitanlıq sarğısını daşımasından da danışıb. O, komanda yoldaşlarına motivasiya verməyin gözəl hiss olduğunu bilirib: "Bir kapitan kimi həmişə komandanın yanında olmaq, futbolçulara dəstək vermək gözəl hissdir. Komandada həm yaş, həm karyera baxımından məndən yaxşı futbolçular var. Kapitan sarğısını daşımaq o demək deyil ki, hər şeyi mən idarə edirəm. Bu komandada hamı bir kapitan, liderdir. Futbolçularımız dünənki oyunda da bunu sübut etdilər. Sevinirik ki, qələbə qazandıq".
Ü.Abbasov Azərbaycan kubokunun yarımfinalında "Səbail"ə qarşı səfərdə keçirəcəkləri cavab oyununa da toxunub. O deyib: "3 gün sonra "Səbail"lə qarşılaşacağıq. Bu matçın da çətin keçəcəyini bilirik. Çünki "Səbail"in stadionu süni ot örtüklüdür. Bu, bir az çətinlik yaradır. Təbii otdan süniyə, sünidən təbiiyə keçmək çətin olur. Amma dünənki əzmkarlığı "Səbail"lə görüşdə də göstərmək istəyirik".
Qeyd edək ki, "Səbail" - "Qəbələ" oyunu aprelin 27-də "Bank Respublika Arena"da keçiriləcək. Bu komandalar arasındakı ilk matç əyalət təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi