Renat qol vurdu, komandası qalib gəldi

Renat qol vurdu, komandası qalib gəldi
ÖLKƏ FUTBOLU 23 Aprel 2023 / 00:10 2807
-  A +

İsveçrə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Qol.az xəbər cerir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Vintertur"un qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov matçda start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. Renat komandasının ikinci qolunun müəllifi olub. 45+1-ci dəqiqədə fərqlənən 23 yaşlı forvard hesabı 2:0 edib. Bu, Renatın mövsümdə 7-ci qoludur.

Xallarını 37-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner