"Çox yaxşı oyun izlədik. Qarşılıqlı hücumlar şəraitində keçən futbol oldu. Komandama təşəkkür edirəm, keyfiyyətli oyun oynadıq".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 31-ci turunda "Neftçi" ilə oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Bu vaxta qədər heç bu qədər qol imkanı yaratmamışdıq. Futbolçularıma etirazım yox idi. Üç xala çox yaxın idik. Real qol vəziyyətlərimiz daha çox idi. Qazanılan bir xal da bizim üçün qızıla bərabərdir. Hər xal bizi uğura aparır. Premyer Liqada qalmaq üçün komandaya inamım daha da artıb. Futbolçuların oyuna yanaşması məni razı salır. Bir az da artıracağıq və istədiyimiz nəticəni qazana biləcəyik. Komandanın içində atmosfer yüksək səviyyədədir. Hər kəs məsuliyyətini dərk edir. Görün, hardan hara gəlmişik. Vaxt lazımdır. 27 futbolçumuz var və hər biri eyni məşqləri edir. Bu gün də komanda göstərir ki, futbol oynamağı bacarır. Nə olur olsun, komandamın oyunundan razı qaldım".
Təcrübəli mütəxəssis bu gün iki xal itirdiklərini deyib: "Qələbə qazanmağa layiq idik. Göstərdiyimiz futbola görə, təsadüfə yox. Sürətli hücumlarımız oldu. Bu gün iki xal itirdik".
Baş məşqçi "Səbail"in bu vəziyyətdə olmasının səbəbkarı sizsiniz, yoxsa Mahmud Qurbanov" sualını belə cavablandırıb: "Məsuliyyəti daşıyan baş məşqçi mənəm".
Ş.Diniyev Mirabdulla Abbasovu oyuna gec daxil etməsini isə belə izah edib: "Əməliyyatdan yeni çıxıb və hələ tam hazır deyil. Onun durumunu məşqdə mən, oyunda siz görürsünüz. Ağabala Ramazanovla Mirabdullanın mövqeyi eynidir. Ağabala cinahda vinger kimi oynayır, Mirabdulla isə sırf hücumçudur".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi