"Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Ağır oyun oldu, ağır qrafikdəyik. Hər oyun zədəlilərin sayının artması bizi narahat edir".
Qol.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçis Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turunda bu gün evdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "İki cəbhədə vuruşmalıyıq. Oyun pis alınmadı. Amma rəqibin ustalığı öz sözünü dedi. Əllərinə düşən epizodları qola çevirdilər. Bizim də epizodlarımız oldu, sadəcə sonluq çatmadı. Sıx qrafikdə rotasiyaların olması normaldır. Kubokda şansımız var. Bilirik çox çətin olacaq. Cavab görüşünə tam gümrah getmək istəyirik. Buna görə rotasiyalar etdik".
A.Abbasov komandasının 8 oyundur qalib gələ bilməməsi haqda da danışıb: "Biz də hesablayırıq, turnir cədvəli ilə yaşayırıq. Çünki bilirik bizi qarşıda nə gözləyir. İki tur əvvəl də demişdim ki, hələ təhlükəli yerdəyik. Lazım olan oyunlarda qələbə qazana bilmədik. Bundan əvvəlki turlarda bir qələbə bizi rəqiblərdən aralayırdı. Qarşıda matçlar var. Evdə "Səbail" və "Neftçi" ilə oynayacağıq. Kubokdan sonra tam olaraq çempionata köklənəcəyik. Sona qədər mübarizə gedəcək. Futbolçularıma inanıram. Aşağı pillələr ola bilər. Amma əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün çalışacağıq. Kubokun yarımfinalına çıxmışıq. Riskə gedəcəyik, getməliyik".
Baş məşqçi "Neftçi" ilə kubokun cavab matçından öncə zədəli futbolçularının durumu haqda danışıb: "Milnerin durumu kritikdir. Oynamaq şansı azdır. Müalicəsi davam edir. Piruzi Marakvelidze ilə Şəhriyar Əliyevin durumu yaxşılığa doğru gedir. Qalan futbolçularımız yaxşıdır. Tərlan Əhmədlinin əzələsində dartılma var. Bu gün Kamal Bayramovun da cəzası var idi. Mehman Hacıyev ilk oyununa çıxdı. Kubokda Kamal oynaya biləcək".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi