"Çox çətin qələbə qazandıq. Çünki "Turan Tovuz" yaxşı futbol sərgiləyir. Fərqi yoxdur əsas heyətlə oynayırlar və ya ikinci heyətlə. İkili mübarizələrdə, uzun toplarda, standart vəziyyətlərdə çox yaxşı oynayırlar. Bizim üçün çox önəmli olan 3 xalı əldə etdik".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 31-ci turunda bu gün səfərdə "Turan Tovuz"a qalib gəldikləri (2:0) matçdan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis çempionluq mübarizələri haqda suala qısa cavab verib: "Mən təkcə "Şamaxı" ilə matç barədə düşünürəm. Məqsədim komandamı bu oyuna hazırlamaqdır. Hansı mövqedə olacağımızı mayın 28-də görəcəyik".
Musayev oyundan dərhal sonra futbolçularını məşqə çıxarmasının səbəbini də açıqlayıb: "Bir çox komandalarda az yükləmə alan futbolçuların oyundan sonra məşq etməsi adi haldır".
Baş məşqçi Abdullaye Banın heyətdə olmamasını belə izah edib: "Xatırlayırsızsa, Musa Qurbanlı onun zədəli ayağına zərbə endirdi. Oyunu çox çətinliklə bitirə bildi. Hazırda Ba müalicəsini davam etdirir".
M.Musayev "Premyer Liqanı hansısa komanda tərk etməlidir, yoxsa əlavə iki komanda gəlsə, yaxşı olar" sualını da cavablandırıb: "Mənim üçün 12 komandanın olması əlbəttə ki, yaxşıdır. Amma gələcək komandaların Premyer Liqanın səviyyəsinə uyğun olması çox önəmlidir. Son pillələrdə çox gərgin mübarizə gedir. Bəzən onlar yuxarı pillələrdə olan komandalara böyük problem yaradırlar".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi