"İlk növbədə xalqımızı Ramazan Bayramı münasibətilə təbrik edirəm. Çox həyəcanlı, maraqlı oyunun şahidi olduq. Bir tərəfdən məyus olursan, digər tərəfdən sevinirsən. "Qarabağ"la oyunda 0:2 geri düşmüsən, üçüncü qolu buraxsan, böyükhesablı məğlubiyyətə apara bilərdi. Halbuki oyun ortadaydı".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
"Üstünlük rəqibdə idi, amma onlara qol şansı vermirdik. Amma təəssüflər olsun ki, ikinci hissənin əvvəlində iki qol buraxdıq. Sonra hesabı bərabərləşdirdik. Hesabı bərabərləşdirəndən sonra iki yüz faizli qol imkanımız var idi. Dəyişikliklərdən sonra daha çox pressinq etməyə başladıq. Bunun nəticəsində axşı qol imkanları oldu, təəssüf ki, istifadə edə bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm. "Qarabağ"la matçda 0:2-dən oyunu çevirmək, məğlub olmamamaq böyük ürək tələb edir. Bu gün onlar bunu göstərdilər. Məni sevindirir. Qarşıdakı oyunlara baxacağıq" - deyə o bildirib.
Mütəxəssis bir xal qazandıqlarını vurğulayıb: "İki qol epizodunda daha soyuqqanlı ola bilsəydik... Amma çətindir. Səfərdə "Qarabağ"la oynayırsan, 0:2-dən 2:2-ni əldə etmisən. 90+4-də qol epizodunda sterss etməmək mümkün deyil. Zərbə daha dəqiq getsəydi, qapıçı başqa küncə reaksiya versəydi, bəlkə qolla nəticələrdi. Düşünürəm ki, bəlkə də ədalətli nəticə bərabərlik oldu. Çünki bilirik ki, 0-2-dən sonra "Qarabağ"la oyundan xalla ayrılmaq müşkül məsələdir. Futbolçularım bunu bacardı. Naşükürülük etmirik. Bu oyun fərqli nəticə ilə də bitə bilərdi. "Qarabağ" həmin dəqiqələrdə üçüncü qolu vursaydı, tam fərqli nəticə olardı. Şükürlər olsun ki, bir xal qazandıq".
R.Sadıqov "Qarabağ" hesabı 2:0 edəndə narahat olub-olmaması ilə əlaqədar söyləyib: "Təbii ki. Həmin vaxtlar 7:1 hesabı ilə məğlub olduğumuz oyuna bənzədi. O matçda da ikinci hissəyə çox passiv başladıq. Qol buraxdıq və futbolçular demək olar ki, təslim oldular, mübarizə aparmadılar. Psixoloji cəhətdən də çox pis təsir etdi. Həmin matç ən çox yada saldığım oyundur. Futbolçularla daim o oyun ətrafında danışırıq. Yada salıram, nümunə gətirirəm. Mübarizəni yarıda buraxmaq nə deməkdir. Bilmirəm o səbəb oldu, onu xatırlayıb mübarizəyə davam etdilər, yoxsa özlərinin daxilən aqressiyası, istəyi artdı...Birinci qolu uğurlu və gözəl vurduq. Bu da futbolçulara əlavə motivasiya verdi. 2:0 hesabı elədir ki, bir qol vurduqdan sonra psixoloji üstünlük sən tərəfə keçir. Ardı da gələ bilərdi. Hər halda, bu nəticəyə də şükür edirik".
O, "Zirə"nin avrokuboklara yollanması "Neftçi"dən asılıdır. Sizcə, onlar kubokda "Turan Tovuz"u keçə biləcək" sualına belə cavab verib: "Avrokuboklara getməyin ən əsas yolu üçlüyə düşməkdir. Ondan sonra artıq bu məsələlər ortaya çıxır ki, hansı komanda kuboku götürəcək, hansı komanda yollanacaq avrokuboklara. Üçlüyə düşmədikdən sonra onsuz da avrokuboklara vəsiqə sual altındadır. Xüsusilə də, "Sabah" və "Qarabağ" kimi favoritlərin kənarda qalmasından sonra, kuboku hansı komandanın qazanacağı sual altındadır. Açığı, şəxsən mənə psixoloji cəhətdən çox təsir etmişdi. Qış fasiləsindən sonra çempionata başlayanda da qarşımıza məqsəd qoymuşduq ki, risk edəcəyik, 10 xallıq fərqi aradan qaldırmağa çalışacağıq. Bir çox oyunlara sırf hücum etməyə çıxırdıq. "Neftçi" ilə səfər matçına sırf hücum etməyə çıxmışdıq ki, qalib gələk, xal fərqini azaldaq. "Qəbələ" ilə oyunda da hücum futbolu oynayırdıq ki, mütləq qalib gələk, üçüncülüyü tutaq. Təəssüflər olsun ki, buraxdığımız səhvlər, istifadə edə bilmədiyimiz qol epizodları arada belə böyük xal fərqi yaratdı. Ancaq sona qədər dördüncü yer uğrunda mübarizə aparacağıq. Təbii ki indi dördüncü yerin favoriti "Qəbələ"dir. Bizdən bir oyun az keçiriblər, üstünlük onlardadır. Sona qədər mübarizə aparacağıq ki, dördüncü yeri tutaq və "Neftçi"nin kuboku qazanmasına ümid edək. "Neftçi" üçün "Turan Tovuz"a qarşı ağır və çətin oyun keçdi. Düşünürəm ki, cavab matçı da çox maraqlı mübarizə şəraitində keçəcək.
Mütəxəssis Mirsayib Abbasov oynatmaması ilə bağlı deyib: "Bunu ədalətli şəkildə edirik. Rəqabətə baxırıq, məşqləri, oyunları izləyirik. Ona uyğun da müəyyən qərarlar veririk. Məsələn, qış fasiləsinə qədər Rüstəm Əhmədzadə çox az şans alırdı. Amma bu dəqiqə əsas heyətin üzvünə çevrilib. Belə davam edərsə, daha çox oynamaq şansı alacaq. Bu, sırf rəqabətlə bağlıdır. Başqa səbəb yoxdur".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi