“Təbii ki, göstərdiyimiz oyuna və nəticəyə görə məyusam. İşimizi çox çətinləşdirdik. Bu gün komanda öz səviyyəsinə uyğun çıxış etmədi”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf ölkə kubokunun yarımfinalında “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Rumıniyalı mütəxəssis cavab qarşılaşmasına ciddi hazırlaşmalı olduqlarını bildirib: “Bu məğlubiyyət barədə düşünməliyik. Qarşıda cəmi bir neçə günümüz var. Həm növbəti çempionat, həm də kubokun cavab matçına ciddi hazırlaşmalıyıq. Bu gün komanda meydanda yaxşı görsənməsə də, cavab oyununda vəziyyəti dəyişə bilərik. Mən futbolçularıma 100 faiz inanıram. Düşünürəm ki, ikinci matçda onların öz səviyyələrində çıxış edəcəklər, nəticəni xeyrimizə dəyişəcəklər və bizi finala daşıyacaqlar”.
Regekampf komandasının bugünkü görüşdə zəif çıxış etməsinin səbəbləri barədə bunları söyləyib: “Bunun çoxlu səbəbləri ola bilər. Amma məncə, əsas səbəb süni ot örtüyüdür. Futbolçularla daim ünsiyyətdə oluram. Çalışıram ki, onlar qazonun süni olması barədə çox düşünməsinlər. Amma ümumi götürdükdə, indi səbəb axtarmamalıyıq. Həm də yaxşı oynamasan belə, ən azından meydanda mübarizə aparmalısan. Cavab oyununda rəqibə başqa üzümüzü göstərməliyik”.
“Turan Tovuz”un bugünkü qələbəsində əsas amil hansı oldu” sualını “Neftçi”nin çalışdırıcısı belə cavablandırıb: “Oyundan sonra futbolçularla söhbətim oldu. Onlara da dedim ki, bugünkü məğlubiyyətə görə çox danışmalı, çox səbəb axtarmalı deyillər. Biz sadəcə olaraq bu gün rəqibin etdiklərini edə bilmədik. “Turan Tovuz”un futbolçuları 90 dəqiqə boyunca qaçdılar, mübarizə apardılar. Rəqib əlinə düşən fürsətdən yararlandı”.
Laurentsiu Regekampf komandasının geridönüş edə biləcəyini vurğulayıb: “İkinci matça daha ciddi hazırlaşmalıyıq. Oyuna daha çox köklənməliyik. Əminəm ki, komandamın cavab görüşündə geridönüş etmək üçün gücü var. Bu cür situasiyalara artıq öyrəşmişik. Çətin matçlarımız çox olub. İnanıram ki, bir daha gücümüzü ortaya qoya və geri dönüş edə biləcəyik”.
Mütəxəssis üç gündən bir meydana çıxmağın komandası üçün çətinlik yaratmamalı olduğunu düşünür: “Hazırda heyətdə dəyişiklik olub-olmayacağını deyə bilmərəm. Çünki çempionat oyununa hələ 3 gün var. İndidən kimin hansı durumda olacağını, kimin “Səbail”lə qarşıdakı çempionat oyununa hazır olub-olmayacağını deyə bilmərəm. Çempionat matçına əlimizdə olan ən yaxşı heyətlə çıxacağıq. Düşünürəm ki, komandamın heyəti genişdir və asanlıqla üç gündən bir oynaya bilərik”.
Regekampf qələbə münasibəti ilə tovuzlu azarkeşləri təbrik edib: “Bu gün stadionda atmosfer mükəmməl idi. Tovuzlu azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Onlar bu matçda komandalarının 12-ci oyunçusu idilər. Stadionda belə ab-hava görmək çox xoşdur. Bu cür dəstəyin qarşısında oynamaq da gözəldir”.
Rumıniyalı məşqçi ehtimal edilən penalti epizodu barədə deyib: “Həmin epizodun təkrarını izləməmişəm. Çünki oyun bitən kimi mətbuat konfransına gələnədək futbolçularımla ayaqüstü söhbət etdim. Sadəcə onu deyə bilərəm ki, penalti epizoduna görə oyun dayandırılmasaydı, top Emin Mahmudovun qabağına düşmüşdü və o, fərqlənməyə çox yaxın idi. Yaxşı olardı ki, hakim epizodun yekunlaşmasını gözləyərdi”.
Regekampf cavab matçında komandasının ilk dəqiqələrdən hücuma atılacağını qeyd edib: “Biz növbəti mərhələyə yüksəlmək istəyirik. Buna görə də mərhələ adlamaq üçün mütləq qollar vurmalıyıq. Sadəcə öz oyunumuzu göstərməli və finala vəsiqə qazanmalıyıq. Ümid edirəm ki, futbolçular etimadımı doğruldacaqlar”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi