“Əslində bu oyuna çoxdan hazırlaşırıq. Çünki yarımfinal matçıdır. Tam olaraq bu oyuna köklənmişik”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Tərlan Quliyev deyib.
Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə qarşı keçirəcəkləri oyunlar haqda danışan müdafiəçi paytaxt təmsilçisi ilə görüşlərin onlar üçün finala bərabər olduğunu bildirib: “Premyer Liqanın lider komandalarından “Qarabağ” və “Sabah” kubokdan kənarda qaldıqlarına görə “Neftçi” ilə yarımfinal görüşləri bizim üçün finala bərabərdir. Oyunun gərginliyini indidən hiss edirik. Amma meydana rahat çıxmaq lazımdır. Əlimizdən gələni etsək, istədiyimiz nəticəni qazana bilərik”.
2009-2014-cü illərdə “Neftçi”də çıxış edən Quliyev o vaxtdan indiyədək komandada çox şeyin dəyişdiyini deyib: “Mənim oynadığm vaxtdan indiyədək “Neftçi”də çox dəyişikliklər olub. O zamanlarda “Neftçi” çempion olurdu, Avropa liqasının qrup mərhələsində çıxış edirdi. Demək olar ki, “Neftçi” çempionatda çox çətin rəqiblərdən biri idi. “Qarabağ”a, “Xəzər Lənkəran”a qarşı necə oyunlarımız var idi… İndi həmin matçlar gözümün önündən keçdi. Çox dəyişikliklər var. Amma nə də olsa, “Neftçi” böyük klubdur, həmişə öndə gedən komandalardan biri olub. Premyer Liqada demək olar ki, çempionluğu əldən veriblər, 2-ci yer uğrunda mübarizə aparırlar. Amma bu da çətin görünür. Onların müsahibələrinə, açıqlamalarına da baxırıq, ancaq kuboku fikirləşirlər”.
T.Quliyev son matçlarda bəzi azarkeşlərin komandanın baş məşqçisi Ayxan Abbasovu istefaya səsləməsinə də münasibət bildirib: “Məncə, həmin azarkeşlər futboldan anlayışı olmayan insanlardırlar. Bunu nəyə görə deyirəm? Çünki biz bu mövsüm Premyer Liqada mübarizə aparmağa başlayanda bilirdik ki, bizi çempionatda nə gözləyir, qarşıda hansı maneələrimiz olacaq. Ayxan Abbasovu istefaya səsləyən insanlardan mövsümün əvvəlində soruşsaydınız ki, komanda Premyer Liqada 8-9-cu yeri tutsa, nə düşünüərsiniz, onların çoxu deyərdi ki, sadəcə “Turan Tovuz”un çempionatda qalmağını istəyirik. Bizi istəyənlər də var, istəməyənlər də var. İstefa şüarları səsləndirənlər arasında uşaqlar da var idi. Mən gördüm. Komandanı sevən azarkeşlər belə hərəkət etməzdilər, yarımfinal matçı öncəsi bu cür şüarlar səsləndirməzdilər. Çünki həmin azarkeş istəsə ki, “Turan Tovuz” “Neftçi” ilə oyunlarda qələbə qazansın, belə hərəkət etməz”.
Qeyd edək ki, “Turan Tovuz”la “Neftçi” arasında ilk oyun bu gün keçiriləcək. Tovuz şəhr stadionundakı matç saat 16:00-da başlayacaq. Cavab görüşü isə aprelin 26-da Bakıda olacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi