"Hesabda öndə idik. Amma bir neçə futbolçuda güc qurtardı. Əsas heyətdən səkkiz oyunçumuz yox idi. Komanda meydanda pis görünmürdü".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinalının "Qəbələ" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, səfərdə 2:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Çalışdıq ki, bu heyətlə cütün taleyini cavab matçına daşıyaq. Hər halda cütün taleyi Bakıda həll olunacaq. Hər iki komandanın şansı var. Komandam qolları təsadüfən vurmadı. Həmin qolları qazandıq. Zəhmət çəkdilər. Kizito da qol vursaydı, hesab 3:1 olacaqdı və tam başqa cür oyun gedəcəkdi. Bəzi futbolçuları qoruduq. Üçüncü qolu vurmaq istəyirdik. Fikirləşirdik ki, “Qəbələ” irəli atılsın, biz də onları əks-hücumda tutaq. Çətinliklə qol vurub, qapımızda asanlıqla qol görürük. Sadə qollar buraxırıqsa, problemdir. Amma futbol oynamağı bacaran komandayıq".
Təcrübəli mütəxəssis cavab matçı öncəsi şansların bərabər olduğunu bildirib: "Fikirləşəcəyik. “Neftçi” ilə çempionat oyunundan sonra da futbolçuların durumu çox vacibdir. Udmaq üçün mütləq hücum etməliyik. Kubok elədir ki, iki oyunda da taktiki cəhətdən ağıllı oynamalısan. Əvvəl səfər qolunun vacibliyi var idi ki, çox gözəl qayda idi. Sonradan ləğv edildi. Bizə indi qələbə vacibdir. Buna görə də daha çox hücumameyilli futbolçulardan istifadə edəcəyik. Finala çıxmaq istəyiriksə, hücum etməliyik. Şanslar bərabərdir. Bir-birinə bənzəməyən iki matç olacaq".
Ş.Diniyev növbəti dəfə heç bir komandanın Premyer Liqadan düşməsini istəmədiyini deyib: "Bir fikir deyəndə, ikiyə bölünür. Yəqin ki, deyəcəyim söz bir həftə də müzakirə olunacaq. “Sumqayıt”, “Şamaxı”, “Kəpəz”, “Səbail”in 11-12 komandası var. U-9, U-11, U-15 necə olacaq? Əsas komandanı kənara qoyuram, yaxşı 30 futbolçu itdi, bəs qalanları? 11-12 yaşlılardan ibarət komandaların taleyi necə olacaq? Demirəm ki, biz düşürüksə, bizi saxlayın. Dörd komandanın taleyindən danışmışdım. Yerimizə gələcək klubun 12 fərqli komandası varsa, gəlsin. Yəni, uşaqlar itməyəcək. Hazırkı liqadakı klubların hamısının akademiyası var".
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı