Birinci divizionun lideri və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edən “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Qol.az-ın suallarını cavablandırıb
- Komandanız birinci divizionda mövsümün sonuna 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin etdi. Əvvəlki illərdə divizion klublarının vəsiqə qazanmasına baxmayaraq, elitaya buraxılmaması halı çox olub. Sizdə durum necədir, Premyer Liqa sevincini yaşayırsınız?
- Hər bir futbolçu və məşqçinin üzərinə düşən vəzifə odur ki, çempionatı layiqli çəkildə sona çatdırsın. Üstəlik bu, medallarla olsa, daha yaxşıdır. Şükürlər olsun ki, biz də artıq ilk iki yerdən birini təmin etmişik. Amma hələ yarış bitməyib. Bu tepmdə də davam etmək istəyirik. Biz komanda olaraq işimizi görürük. Premyer Liqada oynamağa gəldikdə isə bu, AFFA-nın və klub rəhbərliyinin qərarıdır. Bəli, qərar verilib ki, Premyer Liqadan bir klub elitanı tərk edəcək və birinci diviziondan bir iştirakçı onun yerini alacaq. Yaxşı olardı ki, bu, “Araz Naxçıvan” olsun. Naxçıvanın nə qədər strateji bir bölgə olduğu hər kəsə məlumdur. Üç ölkə ilə sərhəddi var. Burada əhalinin sayı da çoxdur və futbola böyük maraq var. Gələcəkdə Zəngəzur dəhlizi açılandan sona burada böyük işlər aparmaq daha da maraqlı olardı. Yeni biznes layihələri ola bilər. AFFA-nın da qərarı var ki, klubların infrastrukturu Premyer Liqada oynamağa cavab verməlidir. Bizdə bu sarıdan işlər gedir. Qarşıdakı 2-3 gün ərzində klub rəhbərliyi ilə AFFA arasında görüş olacaq. Bundan sonra bütün məsələlərə aydınlıq gələcək. Klub rəhbərliyi də Premyer Liqada oynamağımızı istəyir. İnanıram ki, tələb olunan hər şey həll olunacaq ki, elitada çıxış edək.
- Premyer Liqaya vəsiqəni təmin etdikdən sonra klub rəhbərliyi ilə danışığınız olub? Bu barədə rəhbərlik nə deyir?
- Öz aramızda nələrisə müzakirə edirik. A və B planları hazırlayırıq. Üzərimizə düşəni edirik. İndiki məqamda əsas odur ki, hansısa qərar verilsin və buna uyğun addımlar atılsın. Bu gün hansısa futbolçu ilə Premyer Liqa səviyyəsində danışıq aparmağımız çox da doğru olmaz. Bilməlisən ki, sənə Premyer Liqa üçün vəsiqəni verirlər, yoxsa yox. Yəqin ki, gələn həftə bir qərar verilər.
- “Araz Naxçıvan” lisenziyalaşdırma tələblərinə cavab verir?
- Yaz, yay aylarında standartlara cavab verə bilər. Yayda bizdə problem olmur. Amma qışa doğru gedəndə Naxçıvanda havalar çox çox sərt keçir. Buranın havası elədir ki, meydanın otunu saxlamaq çətindir. Ona görə də rəhbərliklə birlikdə düşünürük ki, meydanımız süni örtüklü olsun. Burada həm əsas komanda, həm də aşağı yaş qrupları üçün komandalarımız məşq edəcək. Bir neçə il Premyer Liqada qalarıqsa, hansı ki, buna da çalışırıq, onda əlavə meydanlar salınar və ot örtüyü dəyişdirilər. İlk işimiz süni meydanın salınması və stadionumuzda işıqlandırma sisteminin dəyişdirilməsi olacaq. Yerdə qalan digər məsələlərin hamısı demək olar ki, həll olunub. Hazırda danışıqlar gedir. Premyer Liqada iştirakımızla bağlı “hə” deyiləndən sonra işlərə başlanılacaq.
- Bu gün Premyer Liqa ilə birinci divizion arasında böyük səviyyə fərqi var. Yəqin ki, buna görə də komandada dəyişikliklər çox olacaq.
- Biz Premyer Liqa səviyyəsində bir komanda qurmaq istəyirik. Radikal addımlar atmasaq da, dəyişikliklər olacaq. Bu, qaçılmazdır. Futbolçular özləri də dərk etməlidir ki, o Premyer Liqada oynmağa hazırdır, yoxsa deyil. Kubok oyununda biz nə qədər mübarizə aparmaq istəsək də, ikinci hissədə gördük ki, hə, komanda o deyil. “Qəbələ” ilə oyunumuzu nəzərdə tuturam. Ona görə də bəzi mövqelərə futbolçular dəvət edəcəyik. Dəyişikliklər olmalıdır.
- “Araz Naxçıvan”da kifayət qədər Premyer Liqa təcrübəsinə malik və hazırda 21 qoll birinci divizionun bombardiri olan Orxan Əliyev çıxış edir ki, artıq adı başqa klublarla hallanır.
- Gedən futbolçulara heç vaxt mane olmarıq. Amma gedənlər bilməlidirlər ki, heç vaxt buradakı kimi xoşbəxt olmayacaqlar. Bunu əminliklə deyə bilərəm. Bütün futbolçularımızın müqaviləsi mayın 31-də başa çatır. Orxan Əliyev, Fəhmin Muradbəyli, Fərid Kərimzadə bizim aparıcı oyunçularımızdır. İnanıram ki, onlar Premyer Liqada da bizimlə olacaqlar.
- Bu futbolçularla razılıq əldə olunub?
- Yox, heç kimlə yeni müqavilə ilə bağlı razılığa gəlməmişik.
- Naxçıvanda işləməyin çətin və üstün tərəfləri nələrdir?
- Mən kluba dəvət olunandan sonra elə bir çətinlik olmayıb. Naxçıvanda gedən məlum proseslərdə də bizim işimizdə axsamlar olmadı. Planımızı elə qurmuşduq ki, hər şey qaydasında getdi. Bəlkə də yeganə klubuq ki, qış fasiləsindən sonra bizdə futbolçuların maaşında 40-50 faiz artım oldu. Bunu ilk dəfə sizə açıqlayıram. Heç bir klubda belə bir artım yoxdur, amma bizdə baş verdi. Klub rəhbərliyi ilə danışmışdıq ki, birinci dövrəni ilk pillədə bitirəriksə, maaş artımı olacaq. Rəhbərlik də sağ olsun ki, bizim üçün bunu təmin etdilər. Şükürlər olsun ki, bu gün heç bir problemimiz yoxdur. Bəzi klublarda maaş gecikə bilər. Bizdə isə elə aylar olub ki, hətta maaşı əvvəlcədən almışıq.
- Deməli, Premyer Liqada iştirak etsəniz, komandaya legionerlər də dəvət ediləcək?
- Bəli, heç bir çətinliyimiz yoxdur. Maliyyə şərtlərinə görə planlarımız var. İstəyirik ki, buna uyğun addım ataq. Yəni bir plan üzrə getmək istəyirik. Qışa qədər bir, qışdan sonra başqa plan düşünmürük. Bu, bir az axsamalara gətirər. Necə qəra vermişiksə, elə də getmək istəyirik ki, hansısa bir nəticəyə çataq. Düzdür, ilk ilində heç bir komanda çempion olmağa, yer tutmağa çalışmır. Əvvəlcə Premyer Liqada bərkimək və bir neçə ildən sonra hansısa nəticəyə imza atmaq olar.
- Uzun müddətdir Naxçıvanda böyük futbol yox idi. Yəqin ki, buna görə çətinliklərlə üzləşirsiniz.
- Düzdür, burada 10 ildən çox böyük futbolun olmamağı təsirsiz ötüşə bilməz. Ona görə də təcrübəli futbolçular yoxdur. Amma 13-14 yaşlı futbolçular yetəri qədərdir. Bizim akademiyamızın koordinatoru Adil Şükürovdur. Bilirsiniz ki, onun həm bu sahədə, həm də böyük futbolda kifayət qədər təcrübəsi var. Onun akademiyamıza çox böyük qatqısı olub. Düşünürəm ki, hər şey bu qaydada gedərsə, komandamız Premyer Liqada iştirak edərsə, 2-3 ildən sonra bizdən aşağı yaş qrupları üzrə millilərimizə futbolçular gedəcək. Son toplanışda bizim akdemiyanın 3 futbolçusu U-20 yığmamıza dəvət olundu. Naxçıvanda ümumən idmana maraq var. Bu gün Naxçıvandan nə qədər idmançılar çıxır.
- Premyer Liqada iştirak etdiyiniz zaman səfər oyunları sizin üçün hansı çətinliyi yarada bilər?
- Bir Premyer Liqa klubu üçün ildə 70-80 min manat təyyarəyə pul vermək məncə, böyük bir şey deyil. Düzdür, az məbləğ də deyil, amma düşünürəm ki, heç bir çətinliyimiz olmayacaq. Necə ki, bu gün çətinliyimiz yoxdur, gələcəkdə də olmaz.
- Səfər xərclərinin azaldılması üçün “Araz Naxçıvan”ın əvəzedici komandasının Bakıda məskunlaşması gözlənilir.
- Hələ heç nəyə qərar verilməyib. Bu da planların içindədir. Ola bilər ki, bu cür olsun. Amma AFFA bizə qərarını bildirəndən sonra bütün işlərə o zaman başlanılacaq.
Ramiq Ağaməmmədov
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"
"Sabah"ın yeni baş məşqçisi bu əcnəbi olacaq?
Millimizin Rusiya ilə oyunlar üçün heyəti
"Sabah" baş məşqçisini istefaya göndərdi
Simeone gedəcək, yoxsa qalacaq? - Açıqlama
Kuper istefaya göndərildi
MEDİA müsabiqə elan edib
Vaqif Cavadov təəccübləndirir
Coşqun Diniyev liderə qarşı oynadı
Kazemiro "Real"ın təklifini rədd etdi
Premyer Liqada 250-ci oyun
U-18 millimizin heyətində dəyişiklik
Mikelsin yubiley qolu
“Qarabağ” rekordunu təkrarlayıb
Atası Neymarın gələcəyindən danışdı
"İnter"ə məğlubiyyətdən sonra futbolçuları bazaya qapadılar
Arda Güler qol ötürməsi verdi - Ançelotti xoş sözlər dedi
"Barselona"dan Levandovski qərarı
“Lion” Bakıya hansı nəticə ilə gəlir?
“Liverpul”dan qələbə, "Mançester Yunayted"dən xal itkisi
İstanbulda “Göztepe” fırtınası - Video
Millimizin üzvünün komandası uduzdu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər