"Murad Musayevi, "Sabah"ı təbrik edirəm. Vacib və yaxşı qələbə qazandılar. Standart vəziyyətlərdən qol buraxdıq. Baxmayaraq ki, bu haqda futbolçulara məlumatlar verilmişdi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda bu gün səfərdə "Sabah"la keçirilən oyundan (1:2) sonra mətbuat konfransında deyib.
O, mövsümün ilk məğlubiyyətini belə şərh edib: "Hardasa səhvlər buraxdıq, bəsit qollar oldu. İkinci qol həddindən artıq tez vuruldu. Qapıya yaxın olmayan yerdə cərimə zərbəsi və qol. "Sabah" qələbəyə layiq idi. Futbolçulara etiraz etmək düşüncəsində deyiləm. Bir ildən çox idi uduzmurduq, məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyətin faydalı olacağını düşünürəm. Bundan sonra daha ciddi yanaşacağıq. Qalib gəliblərsə, deməli haqqlarıdır. Yaxşı qol şanslarımız oldu. Başqa fikir bildirməyəcəm. Layiq idilər".
Q.Qurbanov hücumçularının qol epizodlarından yararlana bilməməsi haqda da danışıb: "Futbol elədir ki, hər epizodu qola çevirmək olmur. Bəzən qapıçı yaxşı oynayır, bəzən bəxt gətirmir. Asan epizodlar deyildi.
Baş məşqçi Filip Ozobiçin oynamamasının səbəbi haqda deyib: "Səbəb yoxdur, heyət komplektləşib. Andrade özünü pis tərəfdən göstərmir. Ozobiç də oynayacaq. Qarşıdakı oyunlarda şansı olacaq".
Q.Qurbanov bir müddətdir zədə səbəbindən meydana çıxmayan qapıçı Şahruddin Məhəmmədəliyevin durumu ilə bağlı da məlumat verib: "Tam sağalıb. Ola bilər, daha bir neçə oyun olmasın. Birdən-birə belə matçlara çıxmağı risk olar. Daha çox vaxt qazanmaq istəyirik. Hər şey yaxşılığa doğru gedir. Məşqlərdə tam iştirak edir. Qarşıdakı oyunlarda vəziyyətə baxacağıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi