Medianın İnkişafı Agentliyinin layihəsi
Son günlə İtaliya “Torino”sunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı ilə maraqlanması haqda yayılan xəbərlər növbəti dəfə yerli oyunçularımızın xaricə çıxışı ilə bağlı problemləri gündəmə gətirib.
Daha əvvəl də bu mövzuya toxunulub. Mütəxəssislər fikirlərini bildirib, amma problem qalmaqdadır. Ona görə də növbəti dəfə azərbaycanlı futbolçuların xarici klublara transferinə mane olan məqamlara diqqət çəkəcəyik.
Mövzu ilə əlaqədar Qol.az-a danışab futbol meneceri Vaqif Heydərli “Torino”nun Musa ilə maraqlanmasını müsbət hal kimi qiymətləndirib: “Musa Qurbanlıya maraqla bağlı məlumatı mən də mətbuatdan oxudum. Musa cari mövsümü yaxşı keçirir, gəncdir. Nəticələri, göstərdiyi oyun, vurduğu qollar yaxşıdır. Ona təkliflərin gəlməsi normaldır”.
Menecer onu da qeyd edib ki, koronavirus pandemiyası yerli oyunçularımızın xaricə çıxışını daha da çətinləşdirib: “Bildiyiniz kimi, əvvəllər xarici komandalarda oynayan futbolçularımızın sayı çox idi. Amma pandemiya ortaya çıxdı, çətin olan vəziyyət bir az da çətinləşdi. Onsuz da bizim gənc futbolçuların xaricə getməsi elə asan başa gəlmir”.
V.Heydərlinin sözlərinə görə, hazırda xarici klublarda çıxış etməyə namizəd futbolçularımız var: “Buna səbəb həm futbol ölkəsi olaraq tanınmamağımız, həm də futbolçu yetişdirən akademiyalarımızın kifayət qədər olmamasıdır. Pandemiyada isə durum bir az da çətinləşdi. İndi pandemiyadan sonra nisbətən vəziyyət düzəlməyə başlayıb. Xarici klublarda çıxış etməyə namizəd oyunçularımız var. Futbolçu kimi onların səviyyələrinin kifayət qədər yüksək olduğunu deyə bilmərəm. Bunu zaman göstərəcək. Amma namizəd olan futbolçularımız var”.

V.Heydərli yerli oyunçularımızın xarici klublara transferinə mane olan digər səbəblərə də toxunub: “Bizim futbolçuların xaricdə davamlı olaraq çıxış etməməsi başqa məsələdir. Bu, həqiqətən də çox geniş mövzudur. Dəfələrlə bununla bağlı verilişlərdə, müsahibələrdə danışmışıq. Bu, təkcə futbolla əlaqədar məsələ deyil. Həm futbolçuların mental problemləri, həm digər məsələlər var. Biz həqiqətən də bu mövzuda Avropa ölkələrindən, klublarından, futbolçularından geri qalırıq. Bizim oyunçular həm insan, həm futbolçu kimi peşəkar olaraq istənilən səviyyədə yetişmədikləri üçün Avropaya gedəndə belə məsələlər özünü qabarıq şəkildə göstərir. Yəni, buraya müxtəlif aspektləri daxil etmək olar: istər intellekt səviyyəsi, istər dil problemi, istərsə də peşəkarlıq problemi. Mən bütün bunları deyib pessimizmə də qapılmaq istəmirəm. Çünki bu, o anlama gəlmir ki, biz əlimizi-qolumuzu salıb gəzəcəyik. Xeyr. Təbii ki, çalışmalar davam edir. Amma yenə deyirəm, hara baxsan, bu, uşaq futbolu akademiyalarına bağlanır. Çünki futbolçu orada yetişir, orada formalaşır. Peşəkar akademiya olmalıdır ki, futbolçu 18 yaşına çatana qədər bütün mərhələləri peşəkar şəkildə keçə bilsin, sonra da xaricə kluba gedəndə bu problemlərlə üzləşməsin”.
Digər bir futbol meneceri Erkin İbrahimov Musa Qurbanlı kimi futbolçuya Avropanın orta səviyyəli klublarından maraq göstərilməsinin normal olduğunu deyib: “Mənə görə, Musanın yaxın gələcəkdə İtaliyada oynaması real görünə bilər. Bu gün Avropa liqalarına baxsaq, demək olar ki, Musa kimi gənc, əsas millidə çıxış edən, avrokuboklarda oynayan, aktivində bu qədər qol olan tək-tük futbolçu var. Böyük çempionatlarda çıxış edən klublar skautinq işini elə qurublar ki, istər-istəməz bu cür futboçular onların dəftərlərinə düşür. Xüsusilə də Azərbaycan UEFA ailəsinin üzvüdür. Ona görə də niyə də olmasın? Mən burada qeyri-adi heç nə görmürəm. O demək deyil ki, mütləq Musa üçün “Torino”dan “Qarabağ”a təklif gələcək. Əsas budur ki, Musa Avropanın orta səviyyəli komandalarının diqqət mərkəzindədir”.

Erkin İbrahimov oyunçularımızın xarici klublara transferinin çətin olmasının səbəblərini belə izah edib: “Baxırlar ki, Azərbaycan FİFA reytinqində neçənci yerdədir, U-19, U-21 yığmaları hansı nəticələri göstəriblər. Bunu Avropada görürlər, bilirlər. Çətindir. İctimai TV-yə baxdım. AFFA nümayəndələri bəyan edir ki, bizim çox yaxşı yığmamız var, əla futbolçularımız var. Yaxşı, bəs, niyə gedib heç olmasa, Almaniyanın 2-ci Bundesliqasında oynamırlar? Mənim daha çox Latviyada əlaqələrim var. Ona görə də hərdən təmənnasız, bəzən də öz cibimdən pul xərcləyərək oraya futbolçu göndərirəm (gülür). Bu il də “Dauqavpils”ə iki futbolçu məsləhət gördüm. Pis də çıxış etmirlər. Bəlkə, oradan da hansısa ətraf ölkələrə və ya Latviyanın “Riqa”, RFŞ kimi daha çox pul ödəyən klublarına gedə bilərlər”.
Menecer oyunçularımızın xarici klublarda çıxış edə bilməsi üçün sistematik qaydada işlərin aparılmasının lazım olduğunu vurğulayıb: “Azərbaycanlı futbolçu Avropa üçün o qədər də maraqlı deyil. Pasport, iş vizası problemləri də var. Bu işlərlə daha sistemli şəkildə məşğul olmaq lazımdır. AFFA da məsələ ilə ciddi maraqlanmalıdır. Düzdür, federasiya maddi baxımdan çox köməklik edir. Ancaq bu işlər sistematik qaydada olmalıdır. Çünki bunlar bir-iki adamın görəcəyi işlər deyil”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər