“Oyun maraqlı alındı. Qərb derbisi olduğu üçün matçın gərgin keçəcəyi məlum idi. Üstəlik, "Kəpəz" bu il bizə qalib gəlməmişdi. Ona görə qələbə qazanmaq istəyirdilər”.
Qol.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə oyundan sonra deyib.
Mütəxəssis komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Halbuki bizim də qol imkanlarımız var idi. Lakin azlıqda qalmağımız planlarımızı pozdu. Çünki 10 nəfərlə mübarizə aparmaq çətindir. Məğlubiyyətə baxmayaraq, təslim olmuruq. Çempionat davam edir. Bu gün hər bir komanda meydana xal üçün çıxır. Ona görə də asan oyun olmur. Artıq bu matçı unudub kuboka köklənməliyik. Kubokda şansımız var və bu şansdan istifadə etməyə çalışağıq”.
Ayxan Abbasov ötən tur azarkeşlərin ünvanına səsləndirdiyi "istefa" şüarlarına ciddi önəm vermədiyini bildirib: “Klub olaraq bu məsələni çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi sona kimi dəstəklədiklər. Onlara minnətdarıq. Bu gün inkişafın ilk mərhələsindəyik. Ona görə də belə maneələr olacaq. Həm də azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu bəziləri bilirlər. Premyer Liqadakı yeri qorumaq lazımdır. Üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik”.
“Turan Tovuz”un baş məşqçisi Natan Oduva və Runi Evanın əvəzlənməsinə belə aydınlıq gətirib: “Oduva matça tam hazır deyildi. İstəyirdik ki, 60-70 dəqiqə meydanda olsun. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belajdi Pusini buraxdıq. Pusi matça yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi. Məhz bu səbəbdən də Runini əvəzlədik”.
Abbasov komandanı kubok oyununa motivasiya etməyin heç də asan olmadığını vurğulayıb: “Futbolçulara inanıram. Qarşımıza məqsəd qoymuşuq. Həmin məqsədə çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq”.
"Neftçi" çempionatdakı oyununu bir gün gün əvvəl oynayıb. Onların sizdən daha çox istirahət etməsi oyuna təsir edə bilər?” sualını mütəxəssis belə cavablandırıb: “Bir gün böyük vaxtdır. Amma bu, bəhanə olmamalıdır”.
Ayxan Abbasov məğlubiyyətə baxmayaraq, gileylənməməli olduqlarını deyib: “Qarşımıza Konfrans Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb. Komandada gənclər, təcrübəlilər var. Bu gün belə məğlubiyyətlər olmalıdır. Səbirsiz olsaq, gələn mövsüm bizim üçün çətin alınar. Keyfiyyəti də artırmaq üçün yeni oyunçular lazımdır. Ancaq bu gün gileylənməli deyilik. Hər şey yavaş-yavaş qaydasına düşəcək”.
O, komandasının səfərdə daha çox xal toplamasından da danışıb: “Həqiqətən də bu il belə alındı ki, səfərdə daha çox xal qazandıq. Bəlkə də, futbolçular evdə qalib gəlməyi daha çox istəyirlər. Bu da təzyiqə gətirib çıxarır. Amma öz meydanımızda da çox yaxşı oyunlarımız olub. Hər dəfə biz qalib gələ bilmərik. Azarkeşlərimiz də bunu öyrənəcək”.
Sonda isə Abbasov “Kəpəz”lə matçın sonunda yaşanan insidentə toxunub: “Oyunun aqressiyası yüksək idi. Futbolçular bəzən bir-birinin sözünü qəbul etmirdi. Mübahisəyə səbəb "Kəpəz" futbolçusunun azarkeşlərə jesti oldu. Amma söhbət derbidən gedir. Bu cür hadisələrin olması normaldır”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi