"Hər iki komanda istəkli idi. Maraqlı və sürətli oyunun şahidi olduq. Bizim üçün vacib qələbə qazandıq. Futbolçuları təbrik edirəm. Qarşıda 6 finala bərabər oyun var. Artıq bu andan etibarən növbəti matçları düşünəcəyik. Qələbəni qeyd etməyə vaxt yoxdur. Qarşıda "Qarabağ"la çətin oyun var".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turunda "Səbail2ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis fasilə zamanı əvəzetmələrdən istefadə etməsi haqda bunları söyləyib: "Ümumiyyətlə, oyunun gedişatına baxırdıq. Mövqelərdə hücum potensialını gücləndirsəydik, daha effektli olacağımızı hiss etdim. Şükürlər olsun, dəyişikliklər oyunu canlandırdı. İlk hissədə daha çətinlik çəkirdik. Fasilədən sonra daha böyük qüvvəylə irəli atıldıq, gözəl qollar vurduq".
Sadıqov qış transfer pəncərəsində heyətlərinə qatdıqları futbolçuların oyunua toxunub: "Qış fasiləsində yaxşı heyət qurmağa çalışdıq. Fasilədən sonra 12 tur keçib, hələ indi tam heyətlə oynaya bilirik. Kulaç gəldi, zədələndi, Eldar Quliyev komandaya gec qoşuldu, Donal Gerye, İbrahim Abbas da zədə aldı. Bunlar gedişata mənfi təsirini göstərir. Hamının ideal formada olduğunu desəm, düz olmaz. Uzun müddətdən sonra Kulaç ilk rəsmi oyununa çıxdı. Sona yaxın onu qorumaq üçün əvəzləyib, Paxtmanı oyuna saldım, amma bu dəfə də o zədələndi".
Sadıqov bu gün sol cinahda İssa Cibrillaya şans verməsi haqqında danışıb: "Sol cinahla bağlı ciddi sıxıntılarımız var. İssa diqqətli və istəkli olsa, bu mövqedədə oynaya bilər. Buna görə onu bu mövqeyə qoyub, hücum potensialımızı gücləndirmək istəyirdik. Düzdür, ilk oyunu idi və həyəcanlı oldu. Müasir futbolda Dani Alveş, Xesus Navas kimi nümunələr var ki, hücumdan müdafiəyə çəkilib. Geryenin yoxluğu bizim üçün ciddi itkidir".
Mütəxəssis oyunun VAR hakimi Nicat İsmayıllıdan narazı olduğunu vurğulayıb: "Adam həm hakimlikdən danışmaq istəyir, həm də yox. Nicat İsmayıllı bu mövsüm "Kəpəz"lə oyunumuzda iki qırmızı vərəqə göstərib, "Neftçi" ilə oyunda Geryenin qovulduğu epizodun da qərarını o verib. O vaxt "Sumqayıt"la oyunda Rəhim Sadıxovun epizodunda da yenə bu hakim idi. Nədənsə, bu hakim bizim oyunlarımıza çox təyinat alır. Bu, məni bir az qıcıqlandırdı. Hakimlərlə heç bir dialoqum olmadı. Bütün diqqətim oyunda idi".
Sadıqov futbolçusu Felipe Paxtmanın zədələnməsinə toxunub: "O, məşqlərdə çox yaxşıdır. Bilmirəm, niyə belə olur. 2-3 ay ona istirahət verdik. Məşqlərdə rahatdır, çalışır. Nə ilə bağlı olduğunu artıq bilmirəm. Bəlkə də, oyunun stresindədir".
Çalışdırıcı "Üçüncü qapıçıya şans verib, onu Azərbaycan futboluna qazandırmaq istəmirsinizmi" sualına beləcavab verib: "Futbolumuza az oyunçu qazandırmamışıq. Kifayət qədər gənclərimiz olub. İndi çempionatda risk vaxtı deyil. Oyundan əvvəl üçüncü qapıçıya şans vermək variantı keçirdi ağlımdan, amma elə perioddayıq ki, risk etmək dövrü deyil".
Sadıqov Ruslan Abışovun mikrozədələr almasına görə ona şans vermədiyini deyib: "Onun da mikrozədələri olur. Bu gün bizim yaxşı Ruslana ehtiyacımız var. Sadəcə həm rəqabətli heyətimiz var. Həm də qapıçı və müdafiə mövqeyində təzyiqlər çoxdur. Hələ bu mövqe üçün axtarış aparmırıq".
Mütəxəssis son olaraq "Qəbələ" ilə şəxsi oyunlarda üstünlük onlardadır. Bu, təzyiq yaratmır" sualına cavab verib: "Belə baxırsan, üstünlük bizdə olmalı idi. Amma bu görüşlərdə lazımsız qollar buraxmışdıq. Kiminsə kimdən üstün olduğunu düşünmürəm. Vacib olan qarşıdakı görüşlərdir".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi