"Qarşılıqlı hücumlar oldu, hər iki komanda üçün xallar qazanmaq vacib idi. Çox maraqlı oyun keçdi. İlk hissədə xarakter göstərdik, ağıllı futbol oynadıq. Fasiləyə qədər onlara şans vermədik. İkinci hissədə gərəksiz qollar buraxdıq. 0:2 oyunun qırılma nöqtəsi idi".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 30-cu turuda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. O, artıq qarşıdakı hər bir görüşün onlar üçün çox vacib olduğunu dilə gətirib:
"Zirə"yə Avropa yolunda, bizə isə elitada qalmağa xal lazım idi. Bundan sonra hər görüş bizim üçün vacibdir. Bundan sonra artıq hesabın mənası yox idi. 0:3, 0:4, 0:5... Artıq orta xəttdə boşalmalar oldu və hücumlar etdik. Bunun nəticəsində qapımızda daha bir qol gördük. "Zirə" ən yaxşı oyunlarından birini keçirdi. Qarşıda iki kubok və 6 çempionat oyunumuz var".
Mütəxəssis oyun qrafikindən də şikayətlənib: "Ağır qrafikdir. Həm də oyunların da mahiyyəti böyükdür. Liderlərə qarşı oyunlarımız olacaq. Qarşıda "Qəbələ" ilə 3, "Neftçi" ilə 1 oyunumuz var. Bizim üçün ağırdır. Həm "Neftçi"nin, həm "Qəbələ"nin xallara ehtiyacı var. Onlar da qazanmaq istəyəcək. Üç gündən bir oynamaq çox çətindir. Tək bizdə deyil, digər klublara da ağırdır. İngiltərədə belə üç gündən bir oynamaq çətinlik yaradır. Sıx qrafikdə dəyişikliklər vacib olacaq. Çalışacağıq, rotasiyalar hesabına nələrsə edək. Hər oyun bizim üçün vacibdir. Oyuna çıxıb, mübarizə aparmasan, futbol səni bağışlamayacaq".
Diniyev Premyer Liqada hakimlərin fəaliyyəti ilə bağlı danışıb. O, bu matçda hakimlikdən narazı qaldığını deyib: "Referilərdən danışmaq istəmirəm. Vacib oyunlarda bizə qarşı çıxıblar. Bu qədər səhvlər elə ancaq bir tərəfə olur. Faktlar var, qayda pozuntusu varsa, nə üçün vermirsən? Hakimlikdən narazı qaldım. Tək bu deyil, digər oyunlarda da belə olub. Bütün klublar hakimlərdən narazıdır".
Məşqçi "Sabah" üzərində qələbədən sonra futbolçularda arxayınlıq yaranmışdımı" sualına belə cavab verib: "Xeyr. Komanda istəkli idi, xarakter göstəririk. Bəzi şeylər var, onları mən daha yaxşı görürəm. Meydanda normal futbol oynayırıq. Son dəqiqələrdə verilən boşluqlar normal idi, çünki komandam açılmışdı. "Zirə" də bu gün çox yaxşı futbol oynadı. Hər futbolçu çalışır ki, elitada qalaq.
Mütəxəssis futbolçusu Samir Abdullayevin start heyətdə yer almamasına, lakin ehtiyatdan meydana daxil olduqdan sonra oyunu canlandırmasına da toxunub: "Bilirsiniz, məşqçi hansısa dəyişikliyi edirsə, özü də beynində oyunu aparır. Bəlkə də razıyam, bəlkə də yox. 0:2-dən sonra qol imkanlarımız olsaydı, vura bilsəydik, bəlkə fərqli olardı".
Diniyev "Azərbaycan kubokunu qurban verib, elitada qalmağı düşünürsünüz" sualını bu cür cavablandırıb: "Futbol xəyanəti sevmir. Bu oyun faktlarla oturuşmuş bir şeydir. Futbola xəyanət etsən, səni bağışlamaz. Mən heç vaxt bunu etmərəm. Meydana çıxırsızsa, gərək sona qədər mübarizə aparasan. Lazımsız oyun olmur. Hər iki cəbhədə vuruşacağıq. Allah qabağıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm".
Diniyev Premyer Liqada qalmaq üçün sonadək mübarizə aparacaqlarını deyib: "Kim gözləyərdi ki, "Sabah"ı udaq? Proqnozların hamısı çaş-baş gedir. Qazanılacaq hər xal qızıla bərabər olacaq. 6 xallıq oyunlarda uduzduğumuz görüşlər bizi çox geri atdı. "Şamaxı" ilə oyunda penalti epizodu düzgün deyildi və yaxud "Sumqayıt"la oyunda tərtəmiz qayda pozuntusu qeydə alınmadı. VAR heç buna yaxınlaşmadı. Amma bu gün hər şeyə baxırdı. Gileylənmək istəmirəm, özümüzdə də çox şey var. Sona qədər döyüşəcəyik".
İddialar var ki, mövsümün sonunda heç bir klub elitanı tərk etməsin və yarışa əlavə olaraq 2 komanda qatılsın. Mütəxəssis bu məsələyə belə münasibət bildirib: "Buna futbol mütəxəssisi kimi cavab verirəm: mən kiminsə çıxmasını istəmirəm. Bunun üçün səbəblər var. "Səbail"in akademiyası, normal sponsoru var. Hazırda maliyyə məsələsi çətindir, amma bizdə bu qaydasındadır. Komandanın arxasında duran sponsor var. Gəncə kimi bir şəhərdə futbolun olmaması günahdır. "Şamaxı"da bu gün gözəl komanda qurulub. Oyunçuları milli komandalarda çıxış edir. Bu klub niyə olmamalıdır? Sumqayıt kimi bir şəhər niyə çempionatda təmsil olunmamalıdır? İnanın, 4 komandadan biri aşağı liqaya düşsə, biz çox şey itirəcəyik. Bu komandalar autsayder deyil, digər rəqiblərlə başa-baş mübarizə apara bilirlər. Tək özümüzçün yox, digər komandalar üçün də deyirəm. 4 komandadan birinin düşməsi faciə olacaq. Sayı azaltmaq əvəzinə artırmaq lazımdır. Kiminsə elitadan çıxması bizə nə verəcək? Bütün komandalar Premyer Liqada qalmalıdır. Hazırda "Səbail"də 180-ə yaxın adam işləyir, birdən-birə bunların üstündən xətt çəksək, divizondan sonra qaytara biləcəyik?"
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı