“Hər bir futbolçu və məşqçinin üzərinə düşən vəzifə odur ki, çempionatı layiqli çəkildə sona çatdırsın. Şükürlər olsun ki, biz də artıq ilk iki yerdən birini təmin etmişik”.
Bu sözləri Qol.az-a açıqlamasında birinci divizonun lideri “Araz Naxçıxan”ın baş məşqçisi Azər Bağırov deyib.
Naxçıvan təmsilçisi mövsümün sonuna 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. Komandanın çalışdırıcısı yeni mövsümdən elitada oynayacaqlarına inandığını, bunun üçün hər hansı problemin olmadığını bildirib:
“Hələ yarış bitməyib. Bu tepmdə də davam etmək istəyirik. Biz komanda olaraq işimizi görürük. Premyer Liqada oynamağa gəldikdə isə bu, AFFA-nın və klub rəhbərliyinin işidir. Üstəlik də qərar verilib ki, Premyer Liqadan bir klubu elitanı tərk edəcək və birinci diviziondan bir iştirakçı onun yerini alacaq. Yaxşı olardı ki, bu, “Araz Naxçıvan” olsun.
Gələcəkdə Zəngəzur dəhlizi açılandan sona burada böyük işlər aparmaq daha da maraqlı olardı. Yeni biznes layihələri ola bilər. AFFA-nın da qərarı var ki, klubların infrastrukturu Premyer Liqada oynamağa cavab verməlidir. Bizdə də bu sarıdan işlər gedir. Qarşıdakı 1-2 gün ərzində klub rəhbərliyi ilə AFFA arasında görüş olacaq. Bundan sonra bütün məsələlərə aydınlıq gələcək. Klub rəhbərliyi də Premyer Liqada oynamağımızı istəyir. İnanıram ki, tələb olunan hər şey həll olunacaq ki, elitada çıxış edək”.
A.Bağırov Premyer Liqaya hazırlıq məqsədilə Naxçıvan şəhər stadionunda bir sıra işlərin görüləcəyini də qeyd edib: “Yay aylarında bizdə problem olmur. Amma qışa doğru gedəndə Naxçıvanda havalar çox soyuq olur. Buranın havası elədir ki, meydanın otunu saxlamaq çox çətindir. Ona görə də rəhbərliklə bilikdə düşünürük ki, meydanımız süni örtüklü olsun. Burada həm əsas komanda, həm də aşağı yaş qrupları üçün komandalarımız məşq edəcək. Bir neçə il Premyer Liqada qalarıqsa, hansı ki, buna da çalışırıq, onda təbii ot örtüyü salınar və yeni meydançalar qurular. Stadionumuzda işıqlandırma sisteminin dəyişdirilməsi də planlaşdırılır. Hazırda danışıqlar gedir. Premyer Liqada iştirakımızla bağlı “hə” deyiləndən sonra işlərə başlanılacaq”.
A.Bağırov komandada böyük dəyişiklik etmək fikrində olmadığını deyib. O, 21 qolla hazırda 1-ci divizonun bombardiri olan hücumçu Orxan Əliyevi də komandada saxlayacaqlarını qeyd edib: “Biz Premyer Liqa səviyyəsində bir komanda qurmaq istəyirik. Radikal olmasa da, dəyişikliklər olacaq. Bu, qaçılmazdır. Gedən futbolçulara heç vaxt mane olmarıq. Amma gedənlər bilməlidirlər ki, heç vaxt buradakı kimi xoşbəxt olmayacaqlar. Bütün futbolçularımızın müqaviləsi mövsümün sonunda başa çatır. Orxan Əliyev, Fəhmin Muradbəyli bizim aparıcı oyunçularımızdır. İnanıram ki, onlar Premyer Liqada da bizimlə olacaqlar”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi