İlk dəfə avrokuboklara vəsiqə qazanan "Sabah" azarkeşlərinə müraciət edib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin müraciətində bildirilir:
Əziz azarkeşlər, bu il “Sabah” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Bu tarixi anları bizimlə yaşamaq üçün #SabahlaAvropaya müsabiqəsinə qoşula bilərsiniz. Müsabiqənin qalibləri Avropada keçirəcəyimiz oyunlara komandamızla birgə gedəcək. Müsabiqəyə qoşulmaq üçün:
1. Misli Premyer Liqasının 2022-23-cü illər mövsümünün sonuna qədər oyunlarımıza gəlin.
2. Oyundan selfinizi çəkib, aşağıdakı qeydiyyat formasına əlavə edərək bizə göndərin.
3. Qeydiyyat hər oyundan sonra 24 saat ərzində doldurulub, göndərilməlidir.
Qeyd: Selfi verilmiş nümunəyə uyğun olmalıdır. Fotoda həm siz, həm də meydança aydın görünməlidir.
Müsabiqəyə mövsümün sonunda yekun vurulacaq və müsabiqə şərtlərinə tam əməl edən iştirakçılar arasından 3 nəfər qalib seçiləcək.
Müsabiqəyə qoşulmaq üçün www.avropaya.sabahfc.az ünvanına daxil ola bilərsiniz.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu