“Səbail”in kapitanı Rahid Əmirquliyevin Qol.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 29-cu turunda “Sabah”a qalib gəlməyi (2:1) bacardınız. Bu nəticəni bəlkə də komadanızdan başqa heç kim gözləmirdi.
- Düzdür, “Sabah” çempionluğa oynayan komandadır. Avrokuboklara vəsiqə qazanıblar, çempionatda ikincidirlər. Güclü bir rəqibə qarşı oynadıq. Ağır oyun olacağını bildiyimiz üçün çox yaxşı hazırlaşmışdıq. Bizim də vəziyyətimiz yaxşı deyil. Ona görə də bir xal da bizim üçün qızıla bərabər olardı. Düşünürəm ki, həqiqətən qələbəyə layiq oyun nümayiş etdirdik. Ola bilər ki, turnir cədvəlinə baxanda heç kim bizim qələbəmizə inanmırdı. Amma əsas odur ki, biz özümüzə inanırdıq. Bizdə belə bir inam var ki, istənilən komandadan xal ala bilərik. “Sabah”la matça da bu istəklə çıxmışdıq. Şükürlər olsun ki, qələbə qazana bildik. İlk dəfə deyil ki, “Sabah”ı məğlub edirik. Bu rəqibi kubokdan da biz kənarlaşdırmışıq.
- Yəqin ki, turnir cədvəlinin sonuncu pilləsində olaraq mübarizə aparmaq əlavə təzyiq yaradır.
- Əlbəttə ki, sonuncu yerdə olmaq çətindir. Heç bir komanda birinci diviziona düşmək istəmir. Təəssüf ki, hələ də mənzərə belədir. Sonuncu yerdən qurtulmaq üçün mübarizə aparırıq. Hər bir oyunçumuz hansı vəziyyətdə olduğumuzu çox yaxşı dərk edir. Düzdür, belə vəziyyətdə oyunları təzyiq altında keçiririk, stress olur. Amma bundan xilas olmalıyıq.
- “Sumqayıt”, “Şamaxı” və “Kəpəz”in də Premyer Liqanı tərk etmək təhlükəsi var. Bu rəqiblərlə mübarizə perspektivini necə görürsən?
- Bəli, sonuncu yerdən azad olmaq üçün tək biz mübarizə aparmırıq. Düşünürəm ki, hər bir komandanın birinci dəstəyə düşmək təhlükəsi var. Eyni zamanda şansları da. Ona görə də qarşıdakı oyunların hamısı çox gərgin keçəcək. Bizim yaxşı komandamız var. Sübut etməliyik ki, Premyer Liqada qalmağa layiqik. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Yaxşı komandanız olduğunu dedin. Bəs sonuncu pillədə olmağınızın səbəbi nədir?
- Məncə, bunun çox səbəbi var. Komanda təzə yığılmışdı. Mahmud Qurbanov baş məşqçi təyin ediləndə demək olar ki, heyət tam dəyişilmişdi. Düşünürəm ki, sabit oyun göstərə bilmədiyimizə görə sonuncu pillədəyik. Komandamıza gələn legionerlərin bəziləri çempionata uyğunlaşa bilmirlər. Yaxşı adaptasiya olunmurlar. Bəzi legionerlərdən gözlədiyimiz oyunları ala bilmirik. Sonda da belə nəticələr olur. Məncə, oyunumuzda sabitlik çatmır.
- Artıq klubda əvvəlki maliyyə çətinlikləri də yoxdur, xeyli legioner transferi də olunub. Amma nəticə yoxdur.
- Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Maliyyə cəhətdən hər şey qaydasındadır. Rəhbərlik əlindən gələni edir. Maaşlar da vaxtında verilir.
- “Səbail” Azərbaycan kubokunun yarımfinalındadır. Aprelin 27-də “Qəbələ” ilə oyununuz var. Titula yol kubokda daha yaxın olsa da, çempionatda qalmaq da əsas şərtdir. Komanda əsas diqqətini hansı istiqamətə yönəldib?
- Bizim ilk hədəfimiz çempionatda qalmaqdır. Premyer Liqanı tərk edib, kubokda mübarizəni davam etdirmək ürəkaçan olmaz. Ona görə də əsas fikrimiz çempionatla bağlıdır. Təbii ki, kubokda şansımızın olması da sevindiricidir. Kubokla Konfrans Liqasına düşmək daha asandır. Çalışırıq ki, hər iki cəbhədə maksimum yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik ki, klubun tarixində ilk dəfə kuboka sahib olaq.
- Mövsümün sonunda “Səbail”lə müqavilən başa çatır. Klub yeni müqavilə bağlı səninlə danışıb? Öz fikrin nədir?
- Hələ ki, heç bir danışığım olmayıb. Bizi düşündürən ancaq çempionatdakı vəziyyətimizi düzəltmək, yuxarı pillələr qalxmaqdır. Digər məsələləri mövsümün sonunda rəhbərlikdə danışmaq olar. Məncə, bunlar sonranın işidir. İndi əsas işimiz Premyer Liqada qalmaq olmalıdır.
- Milli komandamız Avro-2024-ün seçmə mərhələsinə uğursuz start verdi. Millimizin sabiq kapitanı kimi, Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlər haqda fikirlərini bilmək istərdik. Xatırladım ki, millimizin baş məşqçisi Canni De Byazi komandamızın əla oynadığını deyib.
- Millimizin bu iki məğlubiyyəti hər bir azərbaycanlını, futbolçunu məyus edir. Çox ağır məğlubiyyətlərdir. İki oyuna 9 qol buraxmaq... Xüsusilə də İsveçlə oyunda hesab belə olmamalıydı. Həmin matçın ilk hissəsində komandamız yaxşı oynayırdı. İkinci hissədə uşaq səhvlərindən buraxdığımız qollara görə bu hesabla məğlub olduq. İki oyuna 9 qol buraxmışıqsa, yaxşı oynamışıq deyə blmərik. Düşünürəm ki, yaxşı heyətimiz var. Komandada Avropa təcrübəsi olan futbolçuların sayı artıb. Məncə, bu komanda istənilən rəqibə qarşı oynaya bilər.
- Səncə, indi niyə oynaya bilmir?
- Komandanı oynadan lazımdır. Çox yaxşı perspektivli futbolçularımız var. Biz futbol oynaya bilirik. Sadəcə yaxşı baş məşqçi lazımdır. Mənim şəxsi fikrim odur ki, De Byazi ilə müqaviləni uzatmaq lazım deyildi. Daha əvvəlki müsahibəmdə demişdim ki, biz onunla bir ilimizi də itirəcəyik. Görünən odur ki, elə bu cürdür. Məncə, yerli məşqçilərimiz daha yaxşı nəticə qazanar. Çünki yaxşı heyətimiz var. Yerli məşqçi təyin edib, ona bir az vaxt verilsə, bundan yaxşı nəticə əldə edə bilərik. Bundan pisi yoxdur. Ona görə də problemin baş məşqçidə olduğunu fikirləşirəm.
- Yerli məşqçilərdən kim çalışdıra bilər millimizi?
- Bir-bir ad çəkmək istəmirəm. Birincisi elə Qurban Qurbanovu deyə bilərəm. Düzdür, “Qarabağ”ı çalışdırır. Amma ona şans verilsə, çox yaxşı nəticələr qazanarıq. Cavan məşqçilərimiz də millidə sözünü deyə bilər.
- Həmişə əzmkar oyununla seçilsən də, 32 yaşında milli komandadakı karyeranı başa vurdun. Davam etmək olmazdı?
- Xeyli vaxt dəvət almadığıma görə belə qərar verdim. Millidə baş məşqçi dəyişikliyi olandan sonra mənə dəvət göndərilmədi. Nikola Yurçeviçin dövründə oldu. Hər məşqçinin öz baxışı var. Ona görə də həmişə məşqçilərin qərarına hörmətlə yanaşmışam. Milli komanda elədir ki, bir seçmə mərhələdə dəvət almadınsa, komandaya qayıtmaq şansın azalır. Həm də yaş getdikcə artır, arxadan perspektivli oyunçular gəlir. Ona görə də milli karyeramı başa vurdum.
- “Səbail”də son vaxtlar meydana çıxmırsan. Bunun səbəbini nədə görürsən?
- Ötən mövsüm demək olar ki, çox oyunda meydanda olmuşam. Bu mövsüm isə birinci dövrənin sonlarında hər oyunda iştirak etmişəm. Sonra yeni baş məşqçi (Şahin Diniyev – R.A) gəldi. Onun qərarına da hörmət edirəm. Ancaq mən də oynamaq istəyirəm. Hələ buna gücüm də var.
Ramiq Ağaməmmədov
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər
Cicanın transferini açıqladılar
Özbək hücumçunun İstanbul klubuna keçidi rəsmiləşdi
Azərbaycan klublarının Avropada 500-cu qolu
"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"lını transfer etdi
"Real" yeni transfer üçün razılaşdı
Dünya çempionu "Roma"dan bu kluba keçdi
Arda Turandan əla rəsmi debüt - Video
“Tottenhem”dən yeni transfer
Konfrans Liqasında gecənin nəticələri
Avroliqada yeni mövsüm başladı
"Sabah" - "Çelye" oyunundakı 5 qol - Video
"Atletik"in oyunçusu futboldan kənarlaşdırıldı
"Bizə daha çox güvənin" - Valdas Dambrauskas
"Hazırda cütün ən güclüsü bizik" - "Çelye"nin baş məşqçisi
"Sabah" "Çelye"yə məğlub oldu
"Qarabağ"da növbəti ayrılıq - Bu kluba keçdi
"Liverpul"un oyunçusu yalnız "Real"ı istəyir
"Milan" onun Səudiyyə Ərəbistanı klubuna keçidini açıqladı
Edin Cekonun bu kluba keçidi açıqlandı
"Sabah" - "Çelye" matçı üçün - Heyətlər
"Şamaxı"dan yeni transfer - Rəsmi
"Turan Tovuz" növbəti transferini rəsmən açıqladı
"Sumqayıt"dan yayın ilk transferi - Rəsmi
"Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşdi
"Məqsəd "Mingəçevir"i çempion etməkdir"
Cordan Henderson "Ayaks"dan ayrıldı