Dəvət alsam da, üzürlü səbəbdən dünən İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində futbolla bağlı müzakirədə iştirak edə bilmədim. İndiyə kimi İTV-də müxtəlif verilişlərdə futbolla bağlı problemlərə çox toxunulub. Şəxsən qonaq olduğum "Sabaha saxlamayaq", xüsusən "Bol idman" verilişlərində AFFA, klublar, ümumən futbol, eləcə də digər idman növlərindəki nöqsanlar, problemlər barədə dəfələrdə danışmış, fikirlərimi canlı yayımda bəzən sərt formada ifadə etmişəm.
İnanıram ki, digər kanal rəhbərlərinə olduğu kimi, İTV-nin rəhbərliyinə də AFFA tərəfdən onlara xoş olmayan bu tənqidlərlə bağlı hansısa təsirlər olub. Və söhbət heç də AFFA rəhbərliyinin kreslosunun laxladığı bugünlərdən yox, daha əvvəldən - onların SOCAR-dakı mövqelərinin güclü olduğu 4-5 il öncədən gedir. Amma nə kanalın rəhbərliyi, nə də verilişlərin məsul şəxsləri, aparıcıları tərəfindən bir dəfə də olsun, bununla bağlı hər hansı eyham belə vurulmayıb, "bunu danışmağının bizə ziyanı olar kimi" sözlər deyilməyib. Deyilsə idi belə hər hansı bir inciklik etmədən anlayışla qarşılayardım. Amma deyilməyib. Əksinə bilə-bilə ki, futboldakı problemləri qabartmağa davam edəcəm, canlı yayıma dəvətləri davam etdiriblər.
Sağ olsunlar. Belə mərdliklər unudulmur.
O ki qaldı dünənki futbol müzakirəsinə, faydalı oldu. Gələcəkdə bütün futbol ictimaiyyətinin də görməsi üçün belə müzakirələr davamlı şəkildə başqa kanallarda da təşkil edilməlidir. Xüsusən sırf idman yönümlü "İdman TV" və "CBC Sport"da. Ona görə ki bu tip diskussiyalarda fərqli fikirlər yaranır: tənqid, təklif... Yoxsa, 3-4 nəfər yığılsın, bu onu tərifləsin, o da bunu, belə olmur, bununla futboldakı problemlər düzəlməz. Məhz haqlı, sağlam tənqid və təklifə açıq olmaq, mütəxəssislərin, idman mediasının bir qisminin iştirakı sayəsində futbolumuzdakı problemlər zamanla düzələ bilər. Yəni, belə müzakirələrdən qorxmaq lazım deyil.
AFFA-nın rəhbərliyi əvvəllər həmişə bu tip müzakirələrdən qaçıb. Elə dünənki müzakirədə də futbolun bu günə düşməsinin əsl səbəbkarları, qərarvericiləri yox idi. Bilirlər ki, çıxsalar, özlərini müdafiə edə, kontur arqument gətirə bilməzdilər. Elxan Məmmədovun mesajını, İlkinin də ona tutarlı cavabını gördünüz yəqin :))
AFFA-nın yeni baş katibi Sərxan Hacıyevə gəlincə, bir-iki dəfə onunla söhbətimiz olub, fikirlərə açıq biri təsiri bağışlayır, problemləri çözmək üçün iş görmək istədiyi sezilir. Uşaq futbolunun inkişafı üçün xarici şirkətlə əməkdaşlıq ideyasını bəyəndim. Hələlik müsbət məqam olaraq bunları qeyd edə bilərəm. Amma əsas odur ki, o, sonra "zərərvericilərin" təsiri, yaxud təzyiqi altına düşüb indiki doğru yoldan çəkinməsin. Qətiyyətli olsun...
Aydın Bağırov
(Feysbuk paylaşımı)
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi