Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb.
Qol.az xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısının yubileyi Misli Premyer Liqasının 29-cu turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə 51 yaşlı mütəxəssisə 3 gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.
Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. 25-ci turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun komandası 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.
Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.
Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. (PFL)
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi