"Çalışırdıq ki, uğurlu çıxışımızın davamını gətirək. "Qarabağ"ın gücünü, səviyyəsini bilirdik. Buna rəğmən oyunumuzu diqtə edib, azı bir xalı aparmaq istəyirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 29-cu turunda bu gün "Qarabağ"la keçirilən səfər oyunundan sonra mətbuat konfransında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Sanki bəzi oyunçular rəqibin adından ehtiyatlanırdı. Komanda səhvsiz oynamağa çalışırdı. Penalti olmasaydı, oyun fərqli ola bilərdi. Qırılma anı bu idi. Səhvlər ardıcıl baş verdi və nəticə belə oldu. "Qarabağ"dan çəkinmədik. Komandamın oyunu məni sevindirdi. Növbəti görüşlərə daha yaxşı hazırlaşacağıq. Premyer Liqada qalmaq istəyirik. Rəqiblərimizlə ağır oyunlarımız olacaq. "Qarabağ" kimi komandaya qarşı ikinci qolu buraxanda psixoloji düşmə olur. Komanda nəyəsə nail olmağa çalışırdı. Məğlubiyyət qaçılmaz idi. "Qarabağ"a uduzmaq olar, əsas öz rəqiblərimizlə oyunlarda qalib gələk".
T.Əhmədov penalti epizodu ilə bağlı da danışıb: "Hakimə irad tutmaq düzgün deyil. "Qarabağ" kimi komanda rəqibi səhv etməyə vadar edir. "Neftçi" ilə oyuna fərqli heyətlə çıxmışdıq. Bəzi oyunçularımız vərəqə limitində idi və bu səbəbdən əsas heyətdə başlamadılar. "Qarabağ" çempionluq yolunda liderdir. Elə səviyyədədirlər ki, istədikləri rəqibi məğlub edə bilərlər. Penalti epizodunda diqqətli olsaydıq, bəlkə belə olmazdı".
O, "Kəpəz"in yeni mövsümdən ev oyunlarını Gəncədə keçirməyəcəyi ehtimalı haqda deyib: "İstərəm ki, "Kəpəz" hər zaman Gəncədə oynasın. Azərbaycanda "Neftçi" və "Kəpəz" çempionatda öz sözünü deməsə, millinin uğur qazanması çətin olacaq. Gəncə Azərbaycan fubolunun məbədidir. Futbolun özəyini, sevgisini qaytarmalıyıq. Bundan sonra Zaqatalanın, Şirvanın, digər bölgələrin hamısında futbol olsun. Aprelin 15-də "Turan Tovuz"la oyun ola bilsin, "Qəbələ"də olsun. Niyə "Kəpəz" başqa meydançada oynamalıdır? Hər komanda evində daha inamlı olur. İstərdim ki, yeni mövsümdə də "Kəpəz" Gəncədə oynasın".
T.Əhmədov müqaviləsinin uzadılması ilə bağlı danışıqların başlamadığını bildirib: "Hələ Premyer Liqada qalmağımız dəqiqləşməyib. Bizim üçün vacib üç oyun var ki, bunları qazansaq, çempionatda qala bilərik. Hələ rəhbərliklə danışıqlar yoxdur".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi