"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunda evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçədən sonra təşkil olunan mətbuat konfrasnında jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün matçdan sonra sizin ünvanınıza "İstefa" şüarları səsləndirildi. Bu haqda nə deyə bilərsiniz?
- Bilmirəm kimlər idi. Yəqin ki, azarkeşlərimizdir. Oyundan narazı ola bilərlər, haqlıdırlar. Amma bizim qarşımıza qoyulan məqsəd var idi. Mövsümün əvvəlindən deyirdik ki, səbrli olmalıyıq. Yəqin bizi 3-lükdə görmək istəyirlər. Bir ayın içində komanda qurduq. Bəlkə də kənardan asan görünə bilər. Amma bizim üçün çox çətin oldu. 9 ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Şükür ki, bu problemi keçmişik. Bu gün son pillələrdə olan 4 komandadan biz bir az rahatıq. Keçən il avrokuboklarda oynayan komandaya gəlməmişəm. Bunu anlamalıyıq. Problem yoxdur. Dar gündə kömək etməyə gəlmişik. 3-4 nəfər ətrafına uşaqları toplayıb "İstefa" qışqırırdırlar. Mən bunu yaraşdırmıram. Qarşıda kubok oyunları var. Çempionatda yerimizi qoruymaq istəyirik. Belə şeylərə görə mənə ağır gəldi. İstəməsələr, gedərəm. Keçmiş komandalarımda heç vaxt problem yaratmamışam. Get desələr, gedəcəm. Mən demişdim ki, Premyer Liqada qalacağıq. Bu gün bizdə Konfrans Liqasına getməyi çox asan bir iş kimi görürlər.
- Sizə qarşı klub daxilində hər hansı qərəzin olduğunu düşünmürsünüz?
- Klub daxilində deyil. Rəhbərlik buradadır. Məni sakitləşdirdilər, komandaya təsəlli verdilər Bütün gün Tovuzdayıq. Gəlib iradlarını bildirsinlər, nədən narazı olduqlarını desinlər. Düzdür, evdə "Şamaxı"nı udmalıydıq. Amma onların "Qarabağ"la, "Neftçi" ilə matçlarına baxın. Çempionatımız çətindir. "Səbail" dünən "Sabah"ı məğlub etdi. Azarkeş də inikaş etməlidir. Tez-tez məşqçi dəyişib uğur qazanan komandalar var? Mən görməmişəm. Bir şeyi otuzdurmaq üçün vaxt laızmdır. Oyun üslubumuza uyğun futbolçular gətiririk. Bahalı heyətimiz olanda tələb də başqa olacaq. O zaman mən də belə danışmaram. Deyirik ki, bölgələrdə inkişaf olsun. Amma orada istefa, burada istefa... Bunun axırı necə olacaq?
- Bu gün qələbə üçün oyun planında nə çatmadı?
- Sürətli hücumlara çıxmaq alınmadı. Rəqib top itirəndən sonra kompakt şəkildə müdafiə olunurdu. Belə olan halda individual göstəricilər ön plana çıxmalıdır. Rəqib bizi düzgün analiz edib müdafiə olunurdu. Sırf fərdi tərəflər bizdə önə çıxmadı. Bu gün "Qarabağ"a qarşı hamı müdafiə olunur. Amma onlar heç vaxt bundan gileylənmir. Usta futbolçular rəqibin kompaklt müdafiəsini yarırlar. Buna görə də onların qiyməti yüksəkdir.
- Buraxdığınız qol haqda nə deyə bilərsiniz?
- Qol çox gözəl alındı. Bilirdik Fuad Bayramovun elə asmaları olur. Sadəcə ona imkan verdik. Elə top idi ki, qapıçı heç nə edə bilməzdi.
- Azarkeşlər tovuzlu futbolçuları oynatmadığınız üçün narazılıq edirlər. Bu haqda fikriniz necədir?
- Bilirəm o fikirləri deyənlər kimdir. Bu gün həmin şəxlslər məktəbliləri tribunaya yığmışdılar. Mənə maraqlıdır ki, hansı tovuzlu futbolçunu kənarda saxlamışam.
- Matçdan sonra azarkeşlər "Şamaxı"nın futbolçuları Elvin Məmmədovla Amil Yunanovu alqışladılar. Buna münasibətiniz necədir?
- Düz edirlər, ikisi də tovuzludur. Biz Amili də, Elvini də istəyirdik. Gənc oyunçular da axtarırıq. Amma bu gün gənclərlə sonuncu pillədə olsaq, heç kim qəbul etməyəcək. Biz istəyirik ki, akademiyamız inkişaf etsin, tovuzlu futbolçular yetişsin. Futbolçunu oynadığı klublarının sayına görə dəyərləndirmək qeyri-peşəkarlıqdır. Afrikalı futbolular tez-tez klub dəyilşməyi xoşlayır. Adamlar Belçikada, İsraildə oynayıblar. "Qarabağ" 26 yaşlı futbolçu gətirir, 6-7 klub dəyişib. Runidən də desinlər də. Görün neçə klub dəyişib? Amma bu gün 12 qol vurub.
- Sizcə, "İstefa" qışqıranlar nə istəyirlər?
- Özləri də bilmirlər. Baxımlı oyunla uduzanda narazı olurlar. Bizə bu gün Premyer Liqada qalmaq lazımdır. Sabah daha güclü olanda baxımlı oyuna da üstünlük verəcəyik. Mənim insanlara verdiyim söz var. Bir şeyi otuzdurmaq üçün vaxt lazımdır.
- 6 oyundur komanda qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Oyunlar var ki, üstün olduq, amma qələbə qazana bilmədik. Elə oyun da var idi ki, zəif oynadıq. Evdə "Sumqayıt"a məğlubiyyət bizim üçün üzücü oldu. "Qəbələ" ilə heç-heçə edəndə yaxşı oynamışdıq. Bu gün bizə xal hava-su kimi lazım idi. Ağır qrafikə giririk. Kubok, çempionat matçları var. İki cəbhədə vuruşmaq üçün geniş heyət olmalıdır.
- Qərb derbisində "Kəpəz"ə məğlub olsanız, vəzifənizi tərk etmək haqda düşünəcəksiniz?
- Hələ buradayıq. Belə çətin anda nəyisə fikirləşmək qeyri-peşəkarlıq olar. Klubda qərar verənlər var. Möhkəm olmalıyıq. Mövsüm bitəndən sonra hər şeyi müzakirə edəcəyik. Stadionun yarısı komandanı dəstəkləyir. Onları unutmaq olmaz. Tovuzda təzyiq olmağı normaldır. Sadəcə bu gün belə olmağı xoş deyildi.(sportal.az)
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi