"Oyunu şərh etmək bir az çətindir. Bilirdik ki, ağır oyun olacaq. Hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarımız var idi, istifadə etmədik. Sonra qapımızda qol gördük. Yaxşı futbolumuzu davam etdirib hesabı bərabərləşdirdik. Sonda ani diqqətsizlikdən rəqib fərqlənib qələbə qazandı. "Qəbələ"ni təbrik edirəm. Biz də qələbəyə köklənmişdik. Qalib gəlmək istəyirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
"Əslində qarşılaşmaya yaxşı başlamışdıq, rəqib ikinci qolu vurana qədər oyun da yaxşı gedirdi. Buraxdığımız qollara artıq şərh tapa bilmirəm. Bilmirəm, hər hansı bir komanda bu qədər bu tip qollar buraxsın. Buraxdığımız qolların şərhi futbolun kənarındadır. Təhlükə olmayan yerdə qapıda qol görürük. Buraxdığımız topların 80 faizi bugünkü birinci qola bənzəyir. İstər qapıçı, istər müdafiəçilər tərəfindən... İstifadə edə bilmədiyimiz qol epizodları... Bu gün qələbə qazanmaq üçün başqa nə etmək olardı, bilmirəm. Boş qapıdan müdafiəçi topu çıxardı, təkbətək epizodlarımız var idi. Əla oyun gedirdi və o cür qol buraxdıq. Bununla necə mübarizə aparacağımızı bilmirəm. İnanmıram hansısa komanda bir mövsüm ərzində bu qədər qollar buraxsın. Buraxdığımız əksər qolların futbol baxımından şərhi yoxdur" - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, qışda rəqabəti artırmaq üçün qapıçı axtarışları var idi: "Amma istədiyimiz qapıçı olmadı. Olsaydı, hər hansı həmlə edərdik. Yerli oyunçu limiti də var. Çünki, sol cinah müdafiəçisi mövqeyində legioner oynadacaqdıq. Əvvəl Təmkin Xəlilzadə ilə Slavik Alxasov oynayırdı. Belə olan halda qapıda legioner oynada bilərdik. Bu dəyişiklikdən sonra düşündüm ki, qapıda legioner olsa, meydanda 4 əcnəbi oynatmaq çətin olacaq".
O, komandada bu qədər səhvlərin olmasının futbolçuların ustalıq səviyyəsi ilə bağlı olub-olmaması ilə əlaqədar deyib: "Bilmirəm. Heyətimdən narazı deyiləm. Nə desəm, boş olacaq. Bu günə qədər söz tapırdıq, fikirlər ifadə edirdik. Artıq bilmirəm. Deyiləcək söz yoxdur. Vurmadığımız epizodları göz önünə gətirin. Hesabda irəli olsaydıq, tam fərqli oyun gedə bilərdi. Buraxdığımız qolda heç bir təhlükə yox idi, top Anarın əlində idi və əlindən düşüb qapı xəttini keçir. Çox qəribədir. Səbr edirəm, işimə davam edirəm. Nə özümə, nə də cəmiyyətə dəyəcək şərh tapmıram".
R.Sadıqov ümidsiz olmadığını vurğulayıb: " Ümidsizlik mənə xas olan bir şey deyil. Sona qədər mübarizəmizi aparacağıq. Kubokun da psixoloji cəhətdən üzərimizdə basqısı oldu. Düşünürdük ki, "Sabah" və "Qarabağ" yarımfinala çıxsa, avrokuboklar üçün 4-cü yer 100 faiz kifayət edir. Amma həm özümüz, həm də digər komandalar kubokda kənarda qaldı. Kubokun nəticəsinin necə olacağı, 4-cü yeri tutan komandanın avrokuboklara gedib-getməyəcəyi bilinmir. Bu, hamını bir az sarsıtdı. Amma bunlar futbolun içində olan şeylərdir. Ümidsizliq qəti ola bilməz. Mübarizəmizi davam etdirəcəyik. Düşünürəm ki, çempionatda ən azı 4-cü yeri tuta biləcəyik".
Mütəxəssis baş verənlərdən bezmədiyini söyləyib: " Sadəcə olaraq söz tapa bilmirəm. Yalandan nəsə danışmaq istəmirəm. Söhbət sırf buraxdığımız kobud səhvlərdən və vura bilmədiyimiz epizodlardan gedir. "Neftçi" və "Qəbələ"yə qalib gələ bilərdik. Bu gün 6 xalımız artıq ola bilərdi. Həmin oyunlarda yüz faizlik qol epizodlarını qaçırdıq. Dəyərləndirilməyən epizodlar istər-istəməz problem yaradır. Hücumameyilli heyət buraxmağa məcbur oluruq. Qol vursan belə müdafiədə aqressiyə aşağı düşmüşdü. Vaxtında fərqlənsəydik və uşaq səhvi etməsəydik, rəqib basqı altında olacaqdı. Bizim oyunlarda qırılma nöqtələri çoxdur. Təəssüf ki, bunların heç biri bizim xeyrimizə olmur. Səbr edib yolumuza davam edəcəyik".
O, "avrokuboklara gedə bilməsəz, yayda heyətdə ciddi dəyişikliklər ola bilər" sualına belə cavab verib: "Uğursuzluq olandan sonra tək heyət yox, insan tutduğu vəzifə haqda da düşünməlidir. Söhbət istefadan getmir. Ümumiyyətlə deyirəm. Bu gün o haqda danışmaq istəmirəm. Mənim özüm üçün də nəticə vermək çox önəmlidir. Əgər uğursuzluq olsa, rəhbərliklə danışacağıq. Təbii ki, problemlər məndə olsa, mən heç bir yerdə ikiəlli yapışmamışam və heç vaxt yapışmayacağam. Bu, həmişə belə olub, bundan sonra da belə olacaq. Bu dəqiqə şərh vermək zamanı deyil. Hazırda bütün fikrimiz 4-cü yer uğrunda mübarizədədir".
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
Avropa Liqasında İngiltərə derbisi
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi