Milli komandamızın Avro-2024-ün seçmə mərhələsində Avstriya və Norveçə böyük hesabla məğlubiyyətlərindən (1:4, 0:5) sonra qeydə alınan nəticələrlə yanaşı, bir sıra başqa məsələlər də müzakirə mövzusu oldu.
Bunlardan biri də millimizin futbolçularının fiziki hazırlıqla bağlı durumudur. Əvvəlcə yığmamızın italiyalı baş məşqçisi Canni De Byazi mətbuat konfransında komandasının uzağı 70 dəqiqə oyunda qala bildiyini, fiziki cəhətdən çatdırmadıqlarını qeyd etdi. Sonra onun köməkçisi Arif Əsədov isə müsahibəsində yığma üzvlərinin fiziki durumunun qaydasında olmadığını bildirdi. Premyer Liqa klublarının baş məşqçilərinin məsələyə münasibəti isə birmənalı oldu. Onlar yığmaya göndərdikləri oyunçularının fiziki durumla bağlı problemlərinin olmadığını bildirdilər. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun fikirləri belə oldu:
“Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir". Qurbanov millidən qayıdan futbolçularda psixoloji sarsıntı olduğunu da qeyd etmişdi.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da millidəki problemləri futbolçuların fiziki durumunda yox, başqa məqamda axtarmaq lazım olduğunu bildirdi: “Mən futbolçularımın fiziki durumundan razıyam. Uzağa getmək lazım deyil, biz bunu “Qəbələ”, “Sabah”, “Neftçi” ilə oyunlarda görmüşük. Fiziki durumla bağlı sıxıntımız yoxdur. Eləcə də milli komandamızın fiziki baxımdan hər hansı sıxıntısı görsənmir. Məğlubiyyətlərimizin də fiziki durumla bağlı olduğunu düşünmürəm. Millinin buraxdığı qolların fiziki duruma nə aidiyyatı var?”
Görünən odur ki, millinin məşqçiləri klubları günahlandırır, klublar isə yığmanın zəif çıxışının səbəbinin bu olmadığını düşünür.
"Bunu kim deyirsə, böyük səhv edir"
Məsələ ilə bağlı Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadova müraciət etdik. Millimizin və bir sıra klublarımızın sabiq çalışdırıcısı Qol.az saytına açıqlamadasında yığmada fiziki durumla bağlı problem görünmədiyini qeyd etdi. Onun sözlərinə görə, ayrı-ayrı futbolçularda hansısa fiziki çatışmazlıq varsa, buna da millinin məşqçiləri cavabdehdir:
“Mən millidəki oyunçuların fiziki hazırlığının aşağı səviyyədə olmasına inanmıram. Belə söhbət olmamalıdır. Bunu kim deyirsə, böyük səhv edir. Millidə, ən hazırlıqlı və yaxşı futbolçular oynayır. Ola bilər ki, hansısa futbolçu müəyyən zədəyə görə istənilən kimi çıxış etməsin. Amma bunu də millinin məşqçilər korpusu bilməlidir. Futbolçunu yığmaya çağıranda bunu düşünməlidirlər. Hazır deyilsə, niyə milliyə dəvət edirsən? Bu, gözümüzün qarşısında olan çempionatdır. Götürək “Qarabağ”ı, millidə bir neçə futbolçusu oynayır. Mən inanmıram ki, “Qarabağ”ın futbolçularının fiziki durumu aşağı səviyyədə olsun. Onların avrokuboklardakı çıxışını gördük. Bu yaxınlarda mübarizəni dayandırıblar. Çox yaxşı oynayırdılar. Millinin digər oyunçuları də klublarında yaxşı çıxış edənlərdir.
"Fiziki yox, psixolji durum üzərində işləmək lazımdır"
A.Mircavadov millimizdə fiziki yox, psixoloji durumla bağlı işlərin aparılmalı olduğunu düşünür: “Millimizin oyunçuları həm Avstriya, həm də İsveçlə oyunda işlək idilər. Birinci qola qədər çox yaxşı oynayırdılar. Futbolçuların psixolji durumu üzərində çox işləmək lazımdır. Niyə 1-2-ci qoldan sonra futbolçular “sındılar”, biz oyunu tamam itirdik? Niyə oyuna qayıda bilmədik? Söhbət bundan getməlidir. Avstriya ilə oyunda qapıçı Yusif İmanovdan başqa digər bütün futbolçularımızın millidə oyun təcrübəsi, çoxlarının öz klubları ilə avrokubok təcrübəsi də var. Yəni təcrübəsizlik söhbəti də ola bilməz. Mən düşünürəm ki, komandada sırf psixolji durumu düzəltmək lazımdır. Ümumi komanda səviyyəsində psixoloji durum üzərində işləmək lazım idi".
"Bu futbolçuları sən seçib milliyə çağırmısan"
Mircavadovun fikrincə, burada söhbət onların fiziki durumundan gedə bilməz: "Axı biz görürük ki, bütün futbolçularımız hərəkətlidir. Bayaq dediyim kimi, bəlkə də, hansısa futbolçu zədədən yeni sağalıb, gücü tam çatmır. Ancaq bunun haqda da əvvəldən düşünmək lazım idi. Bəs niyə oyun üçün 23 futbolçu seçilir? Ona görədir ki, hansı futbolçu hazır deyilsə, başqasını seçəsən. Bundan danışmaq lazımdır. Hər şeyə hazır olmalısan. Oyunçu zədələndisə, onu kimlə dəyişmək lazım olduğunu bilməlisən. Çünki bu futbolçuları sən seçib milliyə çağırmısan. Futbolçular milliyə çağırılır, ancaq yalnız məşqə çıxmaqla kifayətlənir. Bu futbolçular da klubuna qayıdanda psixoloji durumu yaxşı olmur”.
Təcrübəli mütəxəssis baş məşqçi kimi çalışdığı vaxtlarda fiziki hazırlıq işlərini özü gördüyünü xatırladıb: “Şəxsən mən özüm bu işlə məşğul olurdum. Futbolçularımın da durumu yaxşı olurdu. Berti Foqts millini çalışdıranda mənim futbolçularım yığmaya çağırılırdı. İstər “Neftçi”dən, istərsə də “Xəzər Lənkəran”dan. Foqts həmişə onların fiziki durumundan razı qaldığını bildirirdi. Onda fiziki hazırlıq üzrə məşqçi də yox idi. İndi isə məncə, hər klubda belə mütəxəssis var. Hansı ki, UEFA-dan müvafiq dərəcə də alıblar”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi