“Klublara ayrılan maliyyənin köçürülməsi üçün əvvəlcə onlar hesabat göndərməlidirlər. Bu, AFFA-nın Hesabat və Təftiş Komitəsinə təqdim olunur. Hər şey qaydasındadırsa, maliyyə vəsaiti köçürülür”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.
AFFA-dan maliyyələşən “Kəpəz”də iki aydır maaşların verilməməsinə münasibət bildirən qurum rəsmisi qeyd edib ki, problem klubun göndərdiyi hesabatdadır:
“Kəpəz” martın 5-də hesabatı təqdim edib. Hesabatlarında nöqsan olduğu üçün geri qaytarılıb. Növbəti dəfə isə Novruz bayramı ərəfəsində, yəni qeyri-iş günlərində hesabatı göndəriblər. İndi komitə ona baxır. Əgər bu dəfə hər hansı nöqsan aşkar olunmasa, pul köçürüləcək. Təkcə “Kəpəz” yox, bir neçə klubun hesabatında nöqsan olduğu üçün geri qaytarılıb”.

Firuz Abdulla
Hesabatda olan nöqsanı açıqlaya bilməyəcəyini deyən F.Abdulla əlavə edib: “Bu nöqsanları mən deyə bilmərəm. Çünki məxfi məsələlərdir. Hər istiqamət üzrə xərcləri dəqiq göstərmək lazımdır. Klubun məşğul olduğu cari məsələlər var: infrastruktur, uşaq futbolu və sairə. Onun hamısı ilə bağlı hesabat təqdim etməlidirlər. Onlar göstərilmədikdə qəbul olunmur. Əgər hesabatlarında yenə nöqsan olsa, pul köçürülməyəcək. Bu, bizim problem deyil. Zəhmət çəksinlər, hesabatı düzgün göndərsinlər”.
Xatırladaq ki, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Səbail”lə çempionat oyunundan sonra bildirib ki, iki aydır maaş almırlar. O, bu həftə məsələnin həll olunacağının gözlənildiyini deyib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi