Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 28-ci turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Qeyd edək ki, Abdullah 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək