"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Daha baxımlı oynaya bilərdik. Ancaq burada oynamaq heç də asan deyil. Həm meydan, həm buranın atmosferi, havası çətinlik yaradır. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Futbolçuların daha dinamik olmasına problem yaradır".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 28-ci turunda bu gün səfərdə "Şamaxı"ya qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
O, heyət seçimində millidən qayıdan futbolçuların yorğunluyuğunu nəzərə aldığını bildirib: "Ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. "Qalatasaray"la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdırsa, onu meydana buraxmağa çalışırıq".
Yığmadan qayıdan yerli futbolçularla millinin oyunları mövzusunda danışmadığını deyən mütəxəssis bəzi oyunçuların psixoloji sıxıntı keçirdiyini qeyd edib: "Şamaxı" ilə oyuna hazırlaşırdıq. Sadəcə onların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. İki gün əvvəl normal məşq keçdilər".
Q.Qurbanov millinin məşqçisi Arif Əsədovun futbolçuların fiziki cəhətdən hazır olmaması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Fikir bildirmək istəmirəm. İllər boyu bu söhbət həmişə var. Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir".
Q.Qurbanov qapıda Amin Ramazanova şans verməməyinin səbəbi haqda isə deyib: "Hər futbolçunu meydana buraxmaq düşüncəmiz olur. Bu gün belə qərar verdik. Amin son vaxtlar yaxşılığa doğru gedir. Daha da yaxşı olacaq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi