“Mən futbolçularımın fiziki durumundan razıyam. Uzağa getmək lazım deyil, biz bunu “Qəbələ”, “Sabah”, “Neftçi” ilə oyunlarda görmüşük. Fiziki durumla bağlı sıxıntımız yoxdur. Eləcə də milli komandamızın fiziki baxımdan hər hansı sıxıntısı görsənmir. Məğlubiyyətlərimizin də fiziki durumla bağlı olduğunu düşünmürəm".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov millimizin məşqçisi Arif Əsədovun yığma üzvlərinin fiziki durumunun qaydasında olmadığı fikrinə münasibət bildirərkən deyib.
"Bizim 60-70 dəqiqə mübarizə aparmağımız 96, 97-ci illərdə qaldı. “Qarabağ” 90 dəqiqə bütün Avropanı fiziki cəhətdən üstələyir. Ona görə də, məncə, bu söhbət artıq qurtarıb. Millinin buraxdığı qolların fiziki duruma nə aidiyyatı var? Bəli, rəqiblər həmişə fiziki durum baxımından bizi üstələyiblər. Bu, aydın məsələdir. Lakin ilk hissələrdə komandamız rəqibi açıq-aşkar üstələyirdi. Dinamikada da, sürətdə də. Ona görə də ikinci hissədə fiziki dözümlülüklə bağlı çətinlik yaşadığımızı düşünmürəm. İkinci hissədə bu tip rəqiblər həmişə təzyiqi artırır. Qələbə seriyası olanda heç kim demirdi ki, maşallah, klublardan futbolçular hazırlıqlı gəlirlər”.
Millimizin sabiq kapitanı yığma komandamızın probleminin nədən ibarət olması barədə sualı belə cavablandırıb: “Geniş şərh vermək istəmirəm. Məqamı gələndə bu mövzu ətrafında xeyli danışmışıq. Milli uduzanda mən çox danışmamışam. Amma indiki milli müasir futbol oynamaq üçün ən optimal heyətə malikdir. Bəli, itkilərimiz var idi. Qapı xəttində, müdafiədə. Əslində, qapıçılarımız da pis deyil. Səlahət Ağayev olsun, yaxud Emil Balayev. Sadəcə millidəki gənclərin beynəlxalq arenada təcrübələri kifayət qədər deyil. Klubları avrokuboklarda mübarizə aparsa, yaxud mütəmadi milliyə çıxış etsələr, bu baxımdan problem yaşamazlar. Problem praktikadadır. Oyunların gərginliyi, stressi, rəqibin heyətindəki adlar təsir edir”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər