“Çox hərəkətli oyun oldu. Baxımlı qarşılaşmaya şahidlik etdik. Oyunda çoxlu qol epizodları var idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçirilən matçdan sonra deyib.
Mütəxəssis 1:1 hesablı heç-heçəni komandası üçün pis nəticə hesab etmədiyini bildirib: “Hər iki komanda standart vəziyyətdən sonra fərqləndi. Halbuki oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bu mövsüm “Neftçi” ilə matçlarda nəticə qazana bilməsəkdə də, oyun planında rəqibdən geri qalmırdıq. Turnir cədvəlində dördüncü pillə uğrunda mübarizədə xal fərqi azalıb. Bütün bunları nəzərə alaraq meydana 3 xal üçün çıxmışdıq. Oyunun gedişatı elə alındı ki, 1 xal da bizim üçün pis nəticə deyil”.
R.Sadıqov turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan komandalar üzərində qələbə qazana bilməmələrinə belə münasibət bildirib: “Bu barədə özüm də düşünürəm. Ümumi götürdükdə bu komandalara qarşı oyunlarımız pis alınmır. Oyun planında böyük fərq olduğunu düşünmürəm. Məsələn, “Sabah”la son matçda uduzsaq da, oyunu pis keçirmədik. Oyunun təhlili zamanı da gördük ki, heç nədən, olmayan epizoddan 2 qol vurdular. “Qarabağ”la son ev oyununda sonda avtoqolla uduzduq. Səfərdə uduzduğumuz matçda yetərincə qol epizodumuz olmuşdu. Bir sözlə, oyun planında rəqiblərdən geri qalmasaq da, nəticə qazanmaqda çətinlik çəkirik. Bu tip oyunlarda sanki son fazada problem yaşayırıq. Bugünkü matça baxsaq, 70-ci dəqiqəyə kimi bəlkə də 3:1, yaxud 4:1 öndə ola bilərdik. Gəl ki, əlimizdə düşən fürsətlərdən yararlana bilmirdik. Brkiçin də ustalığını qeyd etməliyəm. Bizimlə matçlarda bu qapıçı çox inamlı təsir bağışlayır”.
Sadıqov milli üzvlərinin fiziki durumunun qaydasında olmadığını bildirən yığma komandamızın məşqçisi Arif Əsədovun fikrini də şərh edib: “Mən futbolçularımın fiziki durumundan razıyam. Uzağa getmək lazım deyil, biz bunu “Qəbələ”, “Sabah”, “Neftçi” ilə oyunlarda görmüşük. Fiziki durumla bağlı sıxıntımız yoxdur. Eləcə də milli komandamızın fiziki baxımdan hər hansı sıxıntısı görsənmir. Məğlubiyyətlərimizin də fiziki durumla bağlı olduğunu düşünmürəm. Bizim 60-70 dəqiqə mübarizə aparmağımız 96, 97-ci illərdə qaldı. “Qarabağ” 90 dəqiqə bütün Avropanı fiziki cəhətdən üstələyir. Ona görə də, məncə, bu söhbət artıq qurtarıb. Millinin buraxdığı qolların fiziki duruma nə aidiyyatı var? Bəli, rəqiblər həmişə fiziki durum baxımından bizi üstələyiblər. Bu, aydın məsələdir. Lakin ilk hissələrdə komandamız rəqibi açıq-aşkar üstələyirdi. Dinamikada da, sürətdə də. Ona görə də ikinci hissədə fiziki dözümlülüklə bağlı çətinlik yaşadığımızı düşünmürəm. İkinci hissədə bu tip rəqiblər həmişə təzyiqi artırır. Qələbə seriyası olanda heç kim demirdi ki, maşallah, klublardan futbolçular hazırlıqlı gəlirlər”.
Mütəxəssis milli komandamızın probleminin nədən ibarət olması barədə sualı belə cavablandırıb: “Geniş şərh vermək istəmirəm. Məqamı gələndə bu mövzu ətrafında xeyli danışmışıq. Milli uduzanda mən çox danışmamışam. Amma indiki milli müasir futbol oynamaq üçün ən optimal heyətə malikdir. Bəli, itkilərimiz var idi. Qapı xəttində, müdafiədə. Əslində, qapıçılarımız da pis deyil. Səlahət Ağayev olsun, yaxud Emil Balayev. Sadəcə millidəki gənclərin beynəlxalq arenada təcrübələri kifayət qədər deyil. Klubları avrokuboklarda mübarizə aparsa, yaxud mütəmadi milliyə çıxış etsələr, bu baxımdan problem yaşamazlar. Problem praktikadadır. Oyunların gərginliyi, stressi, rəqibin heyətindəki adlar təsir edir”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi