“Komandamızın pis oynadığını düşünmürəm. Çempionatda yaranan fasilə müddətində milli üzvləri bizimlə deyildilər. Eyni zamanda 2 mərkəzi yarımmüdafiəçimiz zədəlidir”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Lourentsio Regekampf Misli Premyer Liqasının 28-ci turunda “Zirə” ilə oyundan (1:1) sonra deyib.
Rumıniyalı mütəxəssis komandasının qol epizodlarını qaçırmasından gileylənib: “Bu gün yaxşı oynadığımızı düşünürəm. Hücumun sonluğunda daha diqqətli olmalı və daha çox qol vurmalıyıq. Çünki yaxaladığımız şansları boşa verdikcə, xallar itiririk”.
Regekampf komandasını qarşıda vacib oyunların gözlədiyini vurğulayıb: “Bizi qarşıda çətin ay gözləyir. Vacib oyunlarımız olacaq. Çalışmalıyıq ki, bütün oyunçularımızı bərpa edək və qarşıdakı dövrədə daha diqqətli olaq”.
“Neftçi”nin çalışdırıcısı mövsüm ərzində üçüncü dəfə zədələnən Eddi İsrafilovdan da söz açıb: “Eddi mövsümün son hissəsində bizə kömək edəcək. Özü də buna çox inanır. Mövsüm yekunlaşdıqdan sonra isə böyük ehtimalla, əməliyyat keçirəcək. Bundan sonra daha yaxşı durumda olacaq. Artıq o, fiziki hazırlıq üzrə məşqçimizlə məşqlərə başlayıb”.
Regekampf milli üzvlərinin fiziki durumunun qaydasında olmadığını bildirən yığma komandamızın məşqçisi Arif Əsədovun fikrinə belə münasibət bildirib: “Düşünürəm ki, oyunçularımız yaxşı durumdadılar. Millinin heyətində əsasən “Qarabağ”, “Neftçi” və “Sabah”dan 1-2 futbolçu yer alır. Mən məsafədən Arif Əsədovla müzakirə aparmaq istəmirəm. Amma düşünmürəm ki, millinin problemi fiziki hazırlıqdır. Əminliklə deyə bilərəm ki, milliyə gedən futbolçularımızın hər biri hazırlıqlıdırlar. Hər məşqçi futbolçusunu milliyə hazır vəziyyətdə göndərir. Ona görə də bu mövzu barədə çox danışmaq istəmirəm”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi