“Hər birinizi salamlayıram, axşamınız xeyir. Amma bizim üçün bu əhval-ruhiyyə ilə axşam yəqin ki, xeyirli olmayacaq”.
Qol.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 28-citurunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis komandasının qol şanslarını qaçırdığını bildirib: “Həyat davam edir, bu futboldur. Futbolda da 3 nəticədən biri olmalıdır. Qələbə münasibəti ilə “Kəpəz”i təbrik edirəm. Bu cür oyunların taleyini adətən 1 qol həll edir. Oyunun gedişatı da onu göstərirdi. Təəssüf ki, ikinci hissədə futbolçularımız dayandılar. Halbuki fasilədən sonra ardıcıl 3 qol epizodumuz var idi. Onlardan istifadə etsəydik, yəqin ki nəticə fərqli olacaqdı”.
Diniyev Premyer Liqada qalmaq uğrunda mübarizədə “Sumqayıt” və “Kəpəz”dən geri düşdüklərini bildirib: “Hesabda geri düşdükdən sonra dəyişikliklər edib, hücum xəttini gücləndirsək də, nəticəni dəyişmək mümkün olmadı. İrəli baxmalıyıq. Düzdür, “Sumqayıt” və “Kəpəz” bu tur qələbə qazanmaqla bizdən aralandılar və bu, onlar üçün böyük sıçrayışdır. “Şamaxı” ilə vuruşmalıyıq. Lakin digır tərəfdən də sona 8 tur qalıb və hər an hər şey dəyişə bilər. Ümidliyəm, təslim olmayacağıq, sona kimi mübarizə aparacağıq. Bugünkü oyunu çıxmaq şərti ilə, sərgilədiyimiz futbola, şəraitinə görə “Səbail” Premyer Liqada qalmağa layiqdir”.
“Səbail”in çalışdırıcısı psixoloji baxımdan çətinlik yaşadıqlarını qeyd edib: “Açığını deyim ki, psixoloji hazırlığa daha çox vaxt ayırmaq məcburiyyətində qalırıq. Komandamız təzyiq altındadır. Hər bir futbolçu uduzmağa, səhv buraxmağa qorxur. Hazırda ən böyük problemimiz məhz psixoloji amillə bağlıdır. Aldığımız qırmızı vərəqələr, qapımıza təyin edilən penaltilər də bundan irəli gəlir”.
O, futbolçuların ustalıq səviyyəsində müəyyən çatışmazlıqların olduğunu söyləyib: “İndiki məqamda futbolçularımın oyunçu keyfiyyəti barədə pis nəsə deməyim düz çıxmaz. Ola bilər, ustalıq səviyyəsi baxımından müəyyən çatışmazlıqlar var. Bəlkə də qaçırılan qol epizodları da bundan irəli gəlir. Futbolda əsas nəticədir. 0:1 uduzmuşuq və bu, faktdır. Yaxşı oynadıq, şansları qaçırdıq və s. Bütün bunlar nəticəni dəyişmir. Xəyallarla yaşamağa dəyməz. Əsas reallıqdır. Ümumi götürdükdə, şikayətlənmək fikrində deyiləm. Həyat da, mübarizə də davam edir və sona kimi istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Şahin Diniyev 2015-2017-ci illərdə çalışdırdığı “Kəpəz”i avrokuboklara daşıyıb. Mütəxəssis bu dəfə rəqib kimi gəldiyi Gəncədə xoş qarşılandığını bildirib: “Gəncə azarkeşləri futbolu bilən, futbolla yaşayan insanlardır. Sağ olsunlar, bu gün də məni çox yaxşı qarşıladılar, hörmətlərini, sevgilərini nümayiş etdirdilər. Buna görə onlara təşəkkürümü bildirirəm”.
Diniyev Gəncə stadionunun qazonunun durumuna da toxunub: “Bu cür meydanda oynamaq olmaz. Çünki bu, ilk növbədə futbolçular üçün böyük riskdir. Ayaq qazonda batır və çıxmır. Bu, hər an ayağının qırılması ehtimalıdır. İkinci hissədə futbolçularımızın meydanda dayanmalarının bir səbəbi də məhz budur. Özləri də dedilər ki, nə qədər çalışsaq da, qaça bilmirik. Qazon buna imkan vermir”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi