“Futbolçularımızı, komandamızı, azarkeşlərimizi təbrik edirəm. Həddindən artıq möhkəm komandaya qarşı oynayırdıq. Mübarizəyə böyük önəm verən kollektivə qarşı mübarizə aparmaq çox çətindir. Şadam ki, bütün çətinliklərə baxmayaraq, bu gün qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 28-ci turunda “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra deyib.
Mütəxəssis Tovuzda oynamağın çətin olduğunu bildirib: “Bütün komandalar Tovuz səfərində çətinliklə üzləşirlər. O cümlədən də biz. Amma düşünürəm ki, bu gün mövsümdəki ən yaxşı oyunlarımızdan birini keçirdik. Qapımızda erkən qol görsək də, komanda sona kimi nizam-intizamı qoruyub saxladı. Oyundan qopmadıq. Rəqibin son dəqiqələrdəki təzyiqinin də öhdəsindən gəldik. “Səbail”lə görüşdə olduğu kimi, komanda sona qədər diqqətli oynadı, futbolçular özlərini itirmədilər və yekunda da 3 xal qazandıq. Çempionatda artıq son mərhələdir. Hər xal çox vacibdir. Matçdan əvvəl heç-heçə desəydilər, o da bizim üçün "çörək" idi. Amma yaxşı oynadıq və qalib gəldik. Futbolçularımı təbrik edirəm”.
“Sumqayıt”ın baş məşqçisi uzun müddətdən sonra qapı xəttində dəyişiklik etməsinə belə aydınlıq gətirib: “Aydın Bayramov zədələnmişdi və fasilə müddətində komanda ilə birgə məşq etmirdi. Ona görə də bu gün İlnura şans verdik. Amma deyim ki, onu hələ 2 tur əvvəldən start heyətində meydana buraxmaq istəyirdik. Çünki son zamanlar Aydın çox təzyiq altında idi və xeyli yükləndiyi üçün bəlkə də istirahətə ehtiyacı var idi. Qismət elə gətirdi ki, Bayramov zədələndi və bu gün qapıda dəyişiklik etdik. İlnur bu gün pis təsir bağışlamadı”.
Abasov penaltini Dieqo Kariokanın yetirnə yetirməsinin səbəbini belə izah edib: “Penalti epizodu elədir ki, topu kim götürdüsə, o da vurur. Mən desəm ki, sən yox, başqası vursun, o da şansını qaçırsa, qalacaqsan pis vəziyyətdə. Ona görə də bu cür epizodlarda bəzən futbolçunun özünəgüvəni əsas rol oynayır. Amma əsas penalti vuran Karim Abubakardır”.
Mütəxəssis qış fasiləsindən sonra komandaya qoşulan və bu gün dubl edən Kamran Əliyevin hələ istənilən formada olmadığını bildirib: “Dil problemi olmayan futbolçu uyğunlaşma baxımından çətiniklə üzləşmir. Biri ilə Azərbaycan, digəri ilə rusca danışır. Kamran Əliyev bu gün meydanda ən yaxşılardan idi. Amma müəyyən epizodlarda gözləntilərimizi doğrultmadı. Düşünmürəm ki, adaptasiyanı tez keçib. Hələ ki mən istəyən formada deyil”.
Baş məşqçi Vurğun Hüseynovun durumundan da söz açıb: “Vurğun Hüseynov bu gün köhnə zədəsini yenilədi. Bu gün süni ot örtüyündə mübarizə aparırdıq. Bura gəlməmişdən öncə də süni qazonda məşq etmişdik. Görünür, məhz bu amil Vurğuna mənfi təsir edib”.
Samir Abasov növbəti dəfə “Sumqayıt”ı tərk etmək fikrində olmadığını bildirib: “Premyer Liqanı tərk etsək belə, komandada qalacağam. Təbii ki, rəhbərlik saxlasa”.
"Betis" - "Çelsi" matçının hakimləri bilindi
“Qarabağ”ın əvəzedicilərinin oyununda 6 qol
Ronaldonun komandası çempionluq şansını itirdi
"Barselona" Fliklə müqaviləni uzadır
Avroliqanın finalını o idarə edəcək
"Qarabağ" rəsmisinə UEFA-nın diplomu təqdim olundu
Finalın hakimləri açıqlandı
Ançelotti rəsmən Braziliya millisində
U-21 millimiz 2 yoxlama oyunu keçirəcək
"İtaliya Avropa çempionatının tələblərinə cavab vermir"
Fransada mövsümün rəmzi komandası açıqlandı
Yamal: "Real"dan qoxmuruq"
2-ci liqada 7 oyunun hakimləri
Vaqif Cavadov istefaya göndərildi
Millimizin oyununun yeri və saatı məlum oldu
QOL.az-dan yaxşı fürsət!
"Qarabağ"ın büdcəsi rəsmən açıqlandı
Xabi Alonso “Real”la 3 illik müqavilə imzalayıb
Türkiyə kubokununun finalını onlar idarə edəcəklər
Evdə 150-ci qol
Azərbaycan millisinin baş məşqçisi Yunanıstanda - Şəkil
Bayram sevinci zamanı bədbəxt hadisə
“Mançester Yunayted”də 21-ci əsrin antirekordları
Mayın 18-i, "Azərsun Arena"da...
Bədavi Hüseynov 250-yə çatdı
“Turan Tovuz”un 40-cı məğlubiyyəti
Ançelottidən məğlubiyyət şərhi
Flik: "Ürəyimi yoxlatdırmalıyam"
Dembele mövsümün ən yaxşı futbolçusu seçildi
"Çelsi" də uduzdu, "Mançester Yunayted" də, "Tottenhem" də
"Beşiktaş" böyük hesabla qalib gəldi
7 qol, "Barselona"dan geridönüş, Mbappedən het-trik - Video
"Qarabağ"ın 2 qollu qələbəsindən - Video
"Bu məsələ inandırıcı görünmür" - Qurban Qurbanov
"Rəqib bizdən üstün idi" - Elmar Baxşıyev
"Qarabağ" "Araz-Naxçıvan"a, “Kəpəz” "Sumqayıt"a qalib gəldi
"Kəpəz"in qələbəsindən - Video
"Komanda üzvləri ilə danışığımız oldu" - Azər Bağırov
Millimiz böyük hesabla Belarusa uduzdu
“El-Klasiko”nu “Barselona” qazandı - Yenilənib
Mbappe "Real"da rekorda imza atdı
"Qarabağ" - "Araz-Naxçıvan" matçı üçün heyətlər
"Napoli" onunla danışıqlara başladı