"Qrupun favorutlərindən birinə qarşı oynayırıq. Bu amil və rəqib meydanında oynamağımız bizim üçün matçın çətin keçəcəyindən xəbər verir”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərmov millimzin Avro-2024-ün seçmə mərhələsində bu gün Avstriya ilə keçiriləcək səfər oyunu haqda danışarkən deyib.
Milli komandamızın sabiq kapitanı rəqibin meydanda dominant olacağını deməklə yanaşı, yığmamızın Avstriyadan yaxşı nəticə ilə gələ biləcəyini də qeyd edib: "Rəqibin heyətində Avropanın TOP komandalarında çıxış edən yüksək səviyyəli oyunçular var. Bizim isə belə klublarda oynayan heç bir futbolçumuz yoxdur. Amma ümidlər də var. Bizim də ardıcıl qələbəmiz olub. Düzdür, bunların çoxu yoldaşlıq oyunlarına təsadüf edib. Amma yenə də komanda ruh yüksəkliyi ilə oyuna çıxacaq. Ən azı futbolçularımız “sınıq” vəziyyətdə deyillər, motivasiyaları aşağı olmayacaq. Hardasa inam yaranır ki, bu oyunda da pis çıxış etməyə bilərik. Hər halda futbolçuların hazırlıq səviyyəsi və oyunda olan taktiki gedişlər nəticəyə təsir edəcək. Məncə, dominant tərəf Avstriya millisi olacaq. Biz isə müdafiədə çox diqqətli olmalıyıq. Çünki rəqib həm uzun ötürmələrlə oynayır, həm də hündürboy hücumçulara malikdirlər. Biz öz qapımıza sıxılmış vəziyyətdə olacağıq. Buna görə də uzaqdan vurulan zərbələr bizim üçün təhlükəli ola bilər. Nəzərə alaq ki, əsas qapıçı Şahruddin Məhəmmədəliyev olmayacaq. Bu mənada bizim üçün çətinliklər ola bilər.
Onu da deyim ki, rəqib dominant oynadığı halda bizim əks-hücum şanslarımız çoxalacaq. Hücumun sivri ucunda çox güman ki, Renat Dadaşovla başlayacağıq. Rəqib oyunçuların axrasına ötürülən toplar qol vurmağımız üçün ən yaxşı şansımız ola bilər. Bunlardan istifadə edə bilsək, rəqibimizdən xal və ya xallar ala bilərik. Ələ keçirdiyimiz topu tez bir zamanda itirməməliyik. Əgər belə olsa, bu, artıq sonun başlanğıcı olacaq. Yəni rəqib nə vaxtsa qol vuracaq. İlk oyun olmağını və rəqibi nəzərə alsaq, səfərdən bir xalla qayıtmaq bizim üçün əsl uğur sayıla bilər. Bunun nə qədər çətin olduğunu da anlayıram. Çünki rəqib də ilk oyunda qələbəni hədəfləyib. Onların Azərbaycan və Estoniya kimi millilərlə oyunda xal itirməsi strategiyadan geri qalmaq deməkdir. Onlar da bizi yaxşı analiz ediblər”.
A.Kərimov millimizin hücum xətti haqda da danışıb: “Hücumçularımızın hər birinin öz üstün tərəfləri var. Amma məncə, bu oyunda əsas iş hücum xəttinin üzərinə düşməyəcək. Tutaq ki, Ramil Şeydayev, yaxud da Musa Qurbanlı ən pik formasında olsa belə, onların topla təchizatı əsas şərtlərdəndir. Bu oyunda komanda şəklində yaxşı çıxış etmək lazımdır. Topu ələ keçirən kimi tez bir zamanda bunu dəyərləndirmək lazımdır. Əminəm ki, hücumçularımızın qol imkanı olsa, bunu əldən verməyəvəklər. Onların fərdi keyfiyyətlərinə şübhəm yoxdur. Musa və Ramilin “Qarabağ”ın heyətində kifayət qədər oyun təcrübəsi var. “Gent”lə oyun istisna olmaqla avrokubokların digər matçlarında özlərini yaxşı tərəfdən göstəriblər. Təbii ki, Musanın daxili çempionatda bombardir olması onu deməyə əsas vermir ki, beynəlxalq səviyyədə də bombardir olacaq. Çünki daxili çempionatda komandanın oyun üslubu və rəqiblərin səviyyəsi tam başqadır. Amma çox qol vurmaq da onun motivasiyasına təsir edir. Arzu edirəm ki, bu oyunda Musanın qol imkanı olsun və onu dəyərləndirsin ki, özünü millinin ayrılmaz bir hissəi kimi hiss etsin”.
A.Kərimov millimizdəki çatışmazlıqlar haqda bunları bildirib:“Bizim hava toplarında müdafiədə çatışmazlıqlarımız var. Əks-hücumlarda gecikirik. Bəzən uzun ötürmə lazım olanda qısa ötürmə edirik. Xətlərasası kommunikasiya bir az zəifdir. Amma bu, tək bizim millimizdə deyil. Digər milli komandalarda da bu cür problemlər yaşanır. Bu da onunla bağlıdır ki, millinin oyunçuları bir yerdə az məşq edirlər. Amma Avstriya kimi millələrdə belə problem olmur. Çünki onlar daha çox beynəlxalq yarışlarda iştirak edir”.
Xatırladaq ki, Avstriya - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Ramiq Ağaməmmədov
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev