"Biz kriteriyalar yazmışıq və artıq klublar da bununla tanışdır".
Bu sözləri Qol.az saytına müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov bildirib.
"Yeni mövsümdən birinci divizonla əvəzedicilərin çempionatı ayrılacaq və hər yarışda 10 komandanın iştirak etməsi planlaşdırılıb. Hazırkı durumda əvəzedici komandaları çıxsaq, 1-ci divizonda 6 iştirakçı qalır. Digər 4 komanda necə müəyyənləşəcək?"
Müxbirimizin bu sualına cavabında E.Səmədov bildirib: "Hansı klublar bu kriteriyalara uyğun olsa, çempionata cəlb edəcəyik. Artıq 7 komandadan sifariş almışıq. Onların vəziyyəti ilə maraqlanırıq ki, bizi qane edir, ya yox".
PFL prezidenti deyib ki, kriteriyalar əsas meydanlara, məşqçilərə və uşaq futboluna aiddir: "Bu kriteriyalara cavab verənlər var. Yeddi klubdan dördünü seçəcəyik". E.Səmədov ad açıqlamasa da, həmin klubların 90 faizinin bölgə təmsilçiləri olduğunu söyləyib.
Xatırladaq ki, bu günlərdə AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə bildirib ki, yeni mövsüm 1-ci divizionda əvəzedici komandalar iştirak etməyəcək. Yeni mövsüm 1-ci divizionda 10 komanda iştirak edəcək. Birinci diviziona dövlət xətti ilə 3 milyon manat ayrılacaq və hər kluba 300 min manat düşəcək. .
AFFA-nın baş katibinin sözlərinə görə, 1-ci divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi ləğv olunub: “Region Liqasında bir il oynayan komandanın da 1-ci diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi