"Bu gün yaxşı oyun izlədik, Premyer Liqaya layiq futbol var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hücumların, qol epizodlarının sayı çox idi. Qələbə qazansaydıq, ədalətsiz nəticə olmazdı".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 27-ci turunda bu gün "Turan Tovuz"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Bizim qol fürsətlərimiz daha çox oldu. İtirəcəyimiz bir şey yoxdur. Ona görə də qələbə bizim üçün çox vacib idi. Amma 1 xal da qızıla bərabərdir. Ümid edirəm ki, bugünkü 1 xal may ayında bizim üçün çox dəyərli olacaq. Uğursuz nəticələrdən sonra komanda bu gün öz oyununa qayıtdı. Hazırda olduğumuz durum futbolçuların üzərində psixoloji təzyiq yaradır. Məndə də, oyunçularda da uduzmaq qorxusu, xofu var. Bu, tezliklə keçəcək. 14 günlük fasilədən səmərəli istifadə etməyə çalışacağıq. Zədədən qayıdan futbolçular pik formada deyillər. Fasilədən sonra dördüncü dövrəyə daha inamlı başlayacağıq. "Turan Tovuz" çox yaxşı müdafiə olunur, əks-hücumlarda təhlükəlidir".
Diniyev Mirabdulla Abbasova şans verməməsini belə izah edib: "Paltardəyişmə otağında dedim ki, ola bilər düşdüyümüz duruma görə səhv qərarlar verə bilərik. Amma bunun sırf səhv olduğunu deməzdim. Kizito aqressiv futbolçudur. "Qarabağ"la matçda 3 qol epizodu yaratmışdı. Bunu nəzərə alaraq onu meydana buraxdım. Mirabdulla üçün boş zona lazımdır. "Turan Tovuz" un müdafiəyə çəkilməsi boş zona yaratmır. Müdafiəni yarmaq üçün texniki cəhətdən daha hazırlıqlı olan futbolçu lazım idi. Buna görə də Kizito və Ağabala Ramazanovdan istifadə etdik. Mən belə düşündüm. Addımıma görə peşman deyiləm".
Baş məşqçi Qustavo de Fransanın çox sarı vərəqə almasından da danışıb: "Sürəti çatmayanda qaydanı pozur. Hakimi vurmayıb, rəqibi təhqir etməyib. Oyun epizodlarında olan şeylərdir. Hər futbolçu kimi Qustavoya da inamım böyükdür".
Ş.Diniyev mövsümü sonuncu pillədə bitirmək qorxularının olmadığını qeyd edib: "Bu oyun irəliyə nikbin baxmağa ümid verir. Hücumda böyük potensialımız var. Futbolçular fiziki olaraq hazır formaya düşəndən sonra daha çox hücum edib, qollar vuracağıq. "Sumqayıt"la matçdan sonra soruşsaydınız, bəlkə də sualdan yayınardım. Amma bu gün yayınmıram. "Turan Tovuz" sıradan komanda deyil, müdafiədə mükəmməl oynayırlar. Belə müdafiəni bir neçə dəfə yarmaq hər komandanın işi deyil".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi