“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunda “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları matç barədə danışıb.
Qol.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında mütəxəssis bugünkü gündə komandasının “Qarabağ”ı büdrətmək gücündə olmadığını etiraf edib:
“Özüm də bilmirəm nə deyim. Real danışsaq, bugünkü gün “Sumqayıt” üçün “Qarabağ”dan xal almaq çox çətindir. Komandanın baş məşqçisi kimi bilirəm ki, bu, bizim gücümüz daxilində deyil. Rəqibi təbrik edirəm”.
Abasov çempionatda yaranan fasilənin komandasının xeyrinə olacağını bildirib: “Qarşıda bizi vacib mərhələ gözləyir. Son dövrədə gərgin mübarizə olacaq. Yaxşıdır ki, son 2 turda “Sabah” və “Qarabağ”dan aldığımız ağır məğlubiyyətlərdən sonra özümüzə gəlmək üçün vaxtımız var. Fasilədən yararlanıb, ciddi hazırlaşacağıq və sonda görəcəyik ki, kimlər hardadır”.
“Sumqayıt”ın çalışdırıcısı rəqibin komandasını daim təzyiq altında saxladığını qeyd edib: “Qapında qol gördükcə özünə, komanda yoldaşına inam itir. Bu cür oyunlardan sonra epizodları ayrıca analiz etmirəm. Amma bu gün buraxdığımız qollar gücümüzü göstərdi. Komanda ruhundan, ürəkdən söhbət getmir. Bəli, hər idman növündə ürəkdən mübarizə aparmalısan. Amma 2-3 ötürmədən sonra topu itirirsənsə, nə ürək, nə ruh? Ardıcıl 2-3 ötürmənin davamı gəlmirsə, istər-istəməz təlaş keçirirsən. Üstəlik, “Qarabağ” kimi komanda da daim səni təzyiq altında saxlayırsa, mübarizə aparmaq çox çətindir. Təəssüf ki, bu gün "Qarabağ"la, “Sabah”la mübarizə aparmaq “Sumqayıt” üçün çox çətindir”.
Abasov fasilədə futbolçularına irad bildirmədiyini vurğulayıb: “Dedim ki, futboldu, olur. Onsuz da o anda nəsə demək əhəmiyyətsizdir. Bu cür hal hər komandanın başına gəlir. Uzağa getməyək, dünən Çempionlar Liqasının oyununda da “Leypsiq” 0:7 hesabı ilə uduzdu. Ona görə futbolçulara fasilədən dedim ki, azarkeş kimi ikinci hissədə futbol görmək istəyirəm. 0:4, 0:6 uduzsaq da, heç olmasa növbəti oyunlar üçün ümidverici nəsə görək. Azarkeşlər də bunu istəyir”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi