"Əsas mövqeyim hücumdur. Amma burada baş məşqçinin düşüncəsi daha önəmlidir. “Giresunspor”la matçda baş məşqçimiz məni sağ cinahda oynatdı".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyənin "Konyaspor" klubunda çıxış edən millimizin hücumçusu Mahir Emreli deyib.
O, Superliqanın 26-cı turunda lider "Qalatasaray"la keçiriləcək oyun öncəsi təklif edilən brifinqdə fikirlərini bölüşüb:
"Taktiki məşqlər edirik. Rəqibimizə uyğun hazırlaşmağa çalışırıq. Daha əvvəl də ağır məşqlər etmişik. Bəzi anlar olur ki, sağ cinahda daha rahat olursan, bəzən də hücumda. Təbii ki, əsas mövqeyim hücumdur. Amma əsas baş məşqçinin qərarıdır. Mənə hansı mövqedə şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Önəmli olan odur ki, komandanın xeyrinə olsun.
Rəqibimizi tanıyırıq. Onlar Superliqada liderdirlər. "Qalatasaray"ın qələbə seriyası var. Amma biz bu seriyaya son qoya bilərik"
"Konyaspor"un yeni transferi Türkiyəyə tez uyğunlaşdığını da bildirib: "3-4 həftədir ki, Türkiyəyə gəlmişəm. Buradakı istiliyi hiss etdim. Mənə yad ölkə olmadığı üçün dərhal adaptasiya ola bildim, insanlarla qaynayıb-qarışdım. Əlbəttə ki, işin futbol tərəfi daha önəmlidir. Hər şey yaxşı olarsa, burada qalmaqla bağlı mövsümün sonunda daha rahat danışa bilərik”.
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Mahir Emreli qış fasiləsində icarə əsasında “Konyaspor”a keçib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi