Azərbaycanın futzal üzrə U-19 millisində baş məşqçi Ağatahir Əzimovu müvəqqəti əvəzləyən İlqar Aslanov komandanın təlim-məşq toplanışı barədə danışıb.
Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis deyib: “Toplanış həm komanda, həm də mənim üçün faydalı oldu. Qısa vaxt ərzində həm oyunçuları tanımalı, axsayan tərəflərimizi düzəltməli, həm də istifadə edəcəyimiz taktiki gedişlər və standart vəziyyətlər üzərində işləməli idik. Bir həftəlik təlim-məşq toplanışı bu baxımdan işimizə yaradı. Martın 16-da Azərbaycan kubokunun 1/8 final mərhələsində “Alyans”la qarşılaşacağıq. Bu rəsmi oyunlar öncəsi keçirəcəyimiz sonuncu matç olacaq”.
Baş məşqçi futzalçıların istəkli olduğunu da qeyd edib: “Oyunçular istəklidirlər, həvəslə hazırlaşırlar, verilən tapşırıqları maksimum dərəcədə icra etməyə çalışırlar. Bu yarış onlar üçün ilk beynəlxalq təcrübə olacaq. Əlbəttə, ölkəmizi ən yaxşı tərəfdən təmsil etməyə çalışacağıq. Toplanışa 14-15 futzalçı dəvət etsək də, səfərə onlardan 12-ni – 2 qapıçı, 10 oyunçu - aparacağıq. Artıq seçim etmişik. Yüngül zədəsi olan 1-2 futzalçımız var, onlar da 1-2 məşq buraxacaqlar”.
İ. Aslanov Avropa çempionatının əsas mərhələsindəki rəqiblər haqda da fikrini bölüşüb: “Rəqiblərimizdən Fransa və Bosniya və Herseqovinanın oyunlarını izləmişik. Hər iki komanda mini-turnirə yaxşı hazırlaşıb, heyətlərində keyfiyyətli futzalçılar yer alıb. Yunanıstan haqda isə hələ kifayət qədər məlumatım əldə etməmişik. Amma onlarla sonuncu matçda qarşılaşacağımıza görə, rəqibimizi Bosniya və Herseqovinadakı oyunlar zamanı da izləmək fürsətimiz olacaq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Ağatahir Əzimovun səhhətində problemlər yaranıb. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Buna görə də komandanı AÇ-nin oyunlarına da U-17 yığmamızın çalışdırıcısı İlqar Aslanov çıxaracaq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi