"Neftçi"nin qapıçısı: "Kubokda böyük ambisiyalarımız var"

"Neftçi"nin qapıçısı: "Kubokda böyük ambisiyalarımız var"
ÖLKƏ FUTBOLU 14 Mart 2023 / 12:32 888
-  A +

"Neftçi"nin xorvatiyalı qapıçısı İvan Brkiç ölkəsinin mətbuatına açıqlama verib.

Qol.az xəbər verir ki, o, Bakı klubu ilə hədəflərindən danışıb:"Azərbaycan kubokunun yarımfinalındayıq və əsas favoritlər “Qarabağ” və “Sabah” mübarizədən kənarlaşdırılıb. Ona görə də bu turnirdə böyük ambisiyalarımız var. Çempionatda isə "Sabah"la ikinci yer uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, "Neftçi" kubokun yarımfinalında "Turan Tovuz"la qarşılaşacaq. Bu komandalar arasında ilk matç aprelin 19-u, cavab görüşü aprelin 26-ı keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner