“Əslində çalışırıq ki, oyundan qabaq açıqlama verməyək. Amma “Neftçi” ilə “Kəpəz”in qarşılaşması həmişə derbidir. İki köklü klubun oyunudur”.
Bu sözləri Qol.az-a açıqlamasında "Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
O, “Neftçi”nin hazırda “Kəpəz”dən xeyli üstün mövqedə qərarlaşmasına baxmayaraq, oyuna böyük maraq olduğunu bildirib: “Düzdür, turnir cədvəlində komandaların mövqeləri bir-birinə yaxın deyil. Amma “Neftçi”nin adı, komandamız üçün elə motivasiyadır. Ona görə də “Kəpəz” bu oyunda maksimum nəticə göstərməyə çalışacaq”.
Klub rəhbəri komandanın baş məşqçisi Tərlan Əhmədovun tərcüməçisiz işləməkdən gileylənməsinə, “futbolçularla 3 dildə danışıram" fikrinə də münasibət bildirib: “Pemyer Liqamızda bir neçə klubu çıxmaq şərtilə digərlərində tərcüməçi yoxdur. Bundan əvvəlki illərdə də “Kəpəz”in tərcüməçisi olmayan vaxtları olub. Klubun daxilində rus və ingilis dilini bilən əməkdaşlarımız var. Lazım olanda onlar komandaya kömək edir”.
Tərlan Əhmədov son mətbuat konfransında komandaya sponsor dəstəyinin zəif olmasından da danışıb.
“Kəpəz”ə sponsor axtarışlarının davam etdirildiyini deyən İlqar Nadiri yaxın vaxtlarda əməkdaşlıq müqaviləsi bağlanmasının mümkün olduğunu qeyd edib: “Futbolun İnkişafı Fondu (FİF) “Kəpəz” və “Turan Tovuz” üçün eyni vaxtda işə başlamışdı. Sadəcə olaraq “100k” layihəsinə “Turan Tovuz”da “Kəpəz”dən 1 ay əvvəl start verilmişdi. Xoşbəxtlikdən orada sponsor tapılması və “100k” layihəsinin tamamlanması tez başa çatdı. Onun nəticəsi olaraq avtobus da aldılar. FİF çalışır ki, bu platformanı “Kəpəz” üçün də aktiv saxlasın. “Kəpəz” üçün də sponsor danışıqları eyni qaydada gedirdi. Sadəcə, “Turan Tovuz”da yaxşı nəticə əldə olundu. Yəni həm sponsor tapıldı, həm də “100k” layihəsi tamamlandı. Ümid edirik ki, tez bir zamanda “Kəpəz” də buna nail olacaq.
Qısa bir zamanda sponsorla danışıqlar baş tuta bilər, uzun da çəkə bilər. Həm FİF, həm də klub tərəfindən danışıqlar aparılan adamlar var. Bəzən müəyyən qədər məqsədə yaxınlaşırıq, amma son anda fikir ayrılığı yaranır. Yaxud da sponsorun fikri tamam fərqli olur, klub haqqında məlumat aldıqdan sonra başa düşür ki, bu işi öhdəsinə götürə bilməyəcək. Burada çox nüanslar var, açıqlamaq istəmirəm. Lazımdır ki, sponsor bu işi tam dəqiq bilsin, ondan sonra kluba sahib çıxsın”.
İ.Nadiri bildirib ki, sponsorlarla danışıqların hələlik baş tutmamasının səbəbi “Kəpəz”in turnir cədvəlində aşağı pillədə olması ilə bağlı deyil: “Onsuz da sponsor komandanı dirçəltmək üçün gəlir. Həm də sponsorsuz komandanın turnir cədvəlində yuxarı pillələrdə olması real görünmür. Çalışırıq ki, sponsorla bizim fikrimiz üst-üstə düşsün və qarşılıqlı şəkildə inkişaf yollarını tapaq”.
Ramiq Ağaməmmədov
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi