"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 26-cı turunda "Neftçi"yə uduzduqları (0:1) oyundan sonra mətbat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:
"Həftəsonu olduğuna görə, azarkeşlər də stadiona gəldi. Maraqlı oyun alındı. "Neftçi" ölkəmizin flaqmanıdır. Azarkeşlər tərəfindən çox sevilir. Çətin olacağını bilirdik. Futbolçular gözlədiyimizdən də artıq oyun nümayiş etdirdi. Rəqibə əzmkarlıqda, taktiki planda geri qalmadıq. Təəssüf ki, ani diqqətsizlik qolla nəticələndi. "Neftçi"ni təbrik edirəm və gələcəkdə onlara uğurlar arzulayıram. Biz də, yolumuza davam edirik".
Əsgərli qol vəziyyətlərindən yararlana bilməməkləri ilə bağlı bunları deyib: "Futbolda belə anlar çoxdur. Fərqi yoxdur, meydanda kimdir. Əks-hücumların sonluğunu gətirmək üçün məşqdə işləyirik".
Çalışdırıcı qeyd edib ki, matç heç-heçə ilə başa çatsaydı, ədalətli nəticə olardı: "Ədalətli nəticə heç-heçə idi. Amma "Neftçi"nin də yaxşı oyununu dəyərləndirməliyik. Onlar da yaxşı oynadılar".
Əsgərli görüşün 60-cı dəqiqəsindən sonra futbolçularının yorğun görünməsi haqqında da danışıb: "Futbolun gözəlliyi budur ki, hamı eyni görə bilmir. Amma bizdə GPS-lər var, futbolçuları 90 dəqiqə izləyirik. Hansının gücü tükənirsə, onu əvəz edirik. Sırf taktiki gedişə görə yox, fiziki hazırlığa görə. Oyunçular istədiyimiz məsafələrə qaçıblar, mübarizə aparıblar. Son dəqiqələrdə 3-4 qol şansımız oldu. Hər halda, hücum edib, 100 metr geriyə qayıtmaq asan iş deyil".
Mütəəssis bu mövsüm "Neftçi"yə qarşı qol vura bilməmələrinə toxunub: "Ardıcıl dörd oyundur ki, üst pillələrdə qərarlaşan komandalarla oynayırıq. Futbolçularla danışırıq ki, ani diqqətsizliyimiz olmamalıdır. Çünki usta futbolçular bunu bağışlamır. "Sabah"a qarşı istədiyimizi göstərdilər. Bu gün ilk yarıdakı epizodları vursaydıq, bunlar yaşanmazdı".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi