"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 26-cı turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, futbolçularını qələbə münasibəti ilə təbrik edib.
- Çox vacib oyun idi. Önəmli üç xal qazandıq. Oyundan razı qaldım. Çünki futbolçular topla dinamik rəftar edirdilər. Bu, bizim üçün vacib idi. Bilirdik ki, rəqibin yaxşı əks-hücumları var. Hücumda olmağımıza baxmayaraq, müdafiədə diqqətli oynadıq. Sadəcə rəqibə ilk hissəsinin sonunda qol epizodu verdik. Yaxşı, dinamik oyun keçirdik. Futbolçularımı təbrik edirəm.
- Turnir cədvəlində ilk və son pillədə qərarlaşan komandalar oynadı. Səviyyə fərqi çox idi?
- 3:0 hesabı ilə qalib gəlsək də, bu, asan olmadı. Desək ki, çoxlu sayda qol epizodu yaratdıq... Qol epizodları var idi, amma elə də çox deyildi. "Səbail"i başa düşmək olar. Səfərdə oynayırdılar, sonuncu yerdədilər deyə, istər-istəməz ehtiyatlanırdılar. Deməzdim ki, böyük fərq var. "Səbail" "Sabah"ı kubokdan uzaqlaşdırıb. Biz özümüz kənarda qalmışıq. Hər bir komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Büdcə fərqi, şərait fərqi ola bilər. Amma futbol indi elə səviyyədədir ki, istənilən şəraitdə komandalar bacarıqlı müqavimət göstərirlər. Ona görə də böyük fərq olduğunu deməzdim.
- Çoxları artıq “Qarabağ”ın çempionluğu təmin etdiyini düşünür. Azarkeşlər yenidən sizdən Avropada uğur gözləyəcəklər. Artıq indidən yeni mövsümlə bağlı planları cızırsız?
- Qarşıda 10 oyun var. 10 oyun isə 30 xal deməkdir. Bizim hələ qarşıda çox gərgin matçlarımız olacaq. İstənilən oyunda xal itirmək ehtimalımız var. Əsas rəqiblərimizlə də qarşılaşacağıq. 9 xallıq fərq var hazırda, amma bir oyun uduzan kimi fərq altıya düşür. Bu barədə düşünmürük. Çempion olmaq istəyirik. Mövsüm boyu bunun üçün çalışırıq. Amma bu gün hələ heç nə təmin olunmayıb. Gələcək üçün isə həmişə vaxt ayırırıq.
- Milli komandamızın qarşıdakı oyunlarından nə gözləyirsiz?
- Uğurlar arzulayıram. Həmişə inamla baxmalıyıq. İstənilən şəraitdə belə olmalıdır. Bütün futbolçularda çox böyük təcrübə var, beynəlxalq təcrübə. Əlbəttə ki, rəqiblərin gücünü də həmişə real yanaşmalıyıq.
- Millidə öz komandanızdan kimləri görmək istərdiz?
- Bu barədə nəsə deyə bilmərəm, mənlik deyil. İllər boyu milliyə xeyli sayda futbolçularımız gedib. Kimi uyğun görsələr, dəvət edəcəklər. Hər bir futbolçu millidə ən yaxşılardan olmalıdırlar. Həm oyunda, həm intizamda.
- Əlçatmaz olmaq hər zaman yaxşıdır. Bu mənada, əlçatmaz olmağınız sizi narahat edir, yoxsa..? Yəni rəqiblərin sizinlə başabaş futbol oynaya bilməsinə daha çox sevinərdiz?
- Ölkə futbolunun daha yaxşı səviyyədə olması üçün çempionatın səviyyəsi yuxarı olmalıdır. Klubların şəraiti daha yaxşı olmalıdır. Maraq daha böyük olmaldıır. Çox istəyirəm ki, liqanın səviyyəsi yaxşılaşsın. Daha baxımlı oyunlar olsun. Xeyli dəyişiklik var. Məşqçilərimiz çox yaxşı səviyyəyə gəlib çatırlar. Hər oyun istənilən rəqibə qarşı asan olmur. Rəqiblər çox düşünürlər. Bizə qarşı düzgün oyun qururlar. Bu, məni sevindirir.
- Filip Ozobiç və Ramil Şeydayevi gələcək mövsüm üçün komandada düşünürsüz?
- Hazırda hər ikisi bizim futbolçularımızdır. Qarşıda vaxtımız var.
- Diakabi və Benzianın zədələnməsi sizə sıxmır ki?
- Darıxdırır. Planlarıma görə, bu gün hər iki futbolçu çox yaxşı səviyyədə olmalıydılar. Əfsuslar olsun ki, mikrozədələr mane oldu. Ona görə ehtiyatlanırdıq. Bəlkə də çox ehtiyarlandıq deyə, belə oldu. Çox istəyərdim ki, zədələnməsinlər. Biz yenə səbr edərik. Hər bir halda, belə potensialı olan futbolçuların tezliklə formaya düşməsini istəyərdim.
- Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım xarakterli yoxlama oyunu üçün “Beşiktaş” Azərbaycan klubları ilə danışıq aparır...
- “Beşiktaş”la elə danışığımız olmayıb. Digər komandalarla təkliflər varsa, yaxın günlərdə yəqin bilinəcək. Hamımız belə oyunun keçirilməsini, belə yardımın olmasını istəyərdik. Yəqin məsələ ciddi olduğu vaxt klub tərəfindən məlumat veriləcək. Bildiyim qədəri ilə “Beşiktaş”la klubumuz arasında danışıq aparılmayıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı