“Belə hesabdan sonra danışmaq çətindir. Azərbaycanın ən yaxşı komandası və sonuncu yerdəki komanda oynadı. Fərq göründü”.
Qol.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 0:3 hesabı ilə udzuduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis heyətdə itkilərin olduğunu vurğulayıb: “Cinahların qarşısını almağa çalışdıq. Buna uyğun heyət qurmuşduq. Kreativ oyunçularımız bu gün yox idi. Bu, bizə problemlər yaradırdı. Birinci hissədə özünəinam olmadı. Futbolçuların qorxu, təzyiq altında oynaması məni narahat etdi”.
Diniyev ikinci hissədə qol epizodlarını boşa verməklərindən gileylənib: “İkinci hissədə meydanda futbol oynamağa çalışdıq. Belə komandalarla oyunda qol şansların az olur. Amma bu gün 4 yüz faizli qol şansımız oldu. İstifadə etsəydik, hesab başqa cür olacaqdı. Demirəm, udacaqdıq. Amma vəziyyət fərqli olardı. Sevindirici haldır ki, “Qarabağ” kimi komanda ilə oyunda qol epizodları yaratdıq”.
O, turnir cədvəlində sonuncu olmalarına baxmayaraq, ruhdan düşmədiklərini söyləyib: “Fakt odur ki, sonuncu pillədəyik. Amma ruhdan düşmürük, ikinci hissədəki oyunun davamı gələrsə, layiq olduğumuz yerdə olacağıq. Məncə, indi layiq olmadığımız yerdəyik. İnanıram ki, uğurlu nəticəyə imza atacağıq”.
“Səbail”in çalışdırıcısı pis günün ömrünün az olacağına inanır: “İntizam baxımından problemimiz yoxdur. Futbolçu uduzursa, motivasiya etmək çətindir. Futbolçularla psixoloji söhbətlər aparırıq. Pis günün ömrü çox az olacaq. Zədəlilərimiz qayıtdıqdan sonra hücumda daha yaxşı oynamağa çalışacağıq. Buraxılan qollar asandır. Bu, məni narahat edir. Bu təzyiqin altından çıxacağıq. Psixoloji dəstək bizə çox vacibdir”.
O, “Neftçi” ilə görüşdə rəqib qapısına 19 zərbə endirdiklərini xatırladıb: “Bu gün ilk hissədə Qomis rəqib qapısına zərbə vurdu, İkinci hissədə də zərbələr oldu. Rəqib nə qədər imkan verirsə, o qədər zərbə vurursan. Qapıya zərbə hücumun tamamlanması deməkdir. "Neftçi" ilə oyunda biz qapıya 19 zərbə vurduq, rəqib isə 6 zərbə. Amma fakt odur ki, uduzduq. Qapıya zərbələrdən çox keyfiyyət lazımdır”.
Şahin Diniyev məğlubiyyətlərin ona da psixoloji cəhətdən mənfi təsir etdiyini vurğulayıb: “Desəm ki, vecimə deyil, yalan olar. Heç kimə heç bir şeyi göstərmək istəmirəm. Gəminin kapitanıyam. Kapitan da, gəminin uğurlu dönüş edəcəyindən əmin olmalıdır. İnanmırsa, gəmi heç yerə çata bilməz. Özümə də, komandama inanıram. Çox əziyyət çəkirəm. Amma komandanın, futbolçular yanında bunu hiss etdirmək istəmirəm. Futbolçularla aramızda münasibət yaxşı formadadır. Gələcəkdə uğurlu nəticə üçün ümidliyəm”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı