Musa bombardirlər siyahısında vahid lider oldu

Musa bombardirlər siyahısında vahid lider oldu
ÖLKƏ FUTBOLU 11 Mart 2023 / 20:00 2325
-  A +

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasında bu mövsümün bombardirlər siyahısında yenidən liderliyə yüksəlib.

Qol.az xəbər verir ki, o, buna ölkə çempionatının 26-cı turunda bu gün keçirilən "Səbail"lə matçda (3:0) qol vuraraq nail olub.

Millimizin üzvü bununla da bu mövsüm vurduğu qolların sayını 18-ə yüksəldib və ən yaxın izləyicisi olan komanda yoldaşı Ramil Şeydayevi (17 qol) qabaqlayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner