"Qarabağ"ın dünya reytinqindəki yeni mövqeyi

"Qarabağ"ın dünya reytinqindəki yeni mövqeyi
ÖLKƏ FUTBOLU 10 Mart 2023 / 10:17 4581
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 307 klub yer alıb. Onların arasında Azərbaycan təmsilçisi "Qarabağ" da var. Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyib və 149 xalla 62-cidir. Eyni xala Argentinanın "Talyeres" (Kordoba) klubu da sahibdir. 

Sıralamaya Braziliya "Flamenqo"su (313 xal) liderlik edir. "Real" 2-ci (308 xal), Palmeyras" isə 3-cüdür (263 xal). "Benfika" 4-cü yeri tutur (247 xal). "5-liy"i "Liverpul" tamamlayır (245 xal).

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner