"Turan Tovuz" Ayxan Abbasovla müqaviləni uzatdı

"Turan Tovuz" Ayxan Abbasovla müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 9 Mart 2023 / 14:44 2028
-  A +

"Turan Tovuz" baş məşqçisi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  yeni müqaviləyə əsasən, mütəxəssis daha üç il Tovuz təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, A.Abbasov ötən ilin iyununda "Turan Tovuz"un baş məşqçisi təyin olunub. Həmin vaxt onunla 2+1 illik müqavilə imzalanmışdı. A.Abbasovun rəhbərliyi altında komada ölkə çempionatında 26 xalla 6-cı pillədə qərarlaşıb. "Turan Tovuz" Azərbaycan kubokunda da mübarizəni davam etdirir.

Daha çox


Son xəbərlər
topaz banner