Qapıçıya hücum etdiyinə görə həbs olundu

Qapıçıya hücum etdiyinə görə həbs olundu
ÖLKƏ FUTBOLU 8 Mart 2023 / 18:38 2398
-  A +

PSV-nin adı açıqlanmayan bir azarkeşi Avropa Liqasının pley-offunda "Sevilya" ilə cavab görüşündəki hərəkətlərinə görə həbs cəzası alıb.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Həmin azarkeş fevralın 23-də keçirilən matçda rəqibin qapıçısı Marko Dmitroviçə hücum edib. Qapıçı xəsarət almayıb. Hətta Dmitroviç onu dayandırmağa, zərərsizləşdirməyə çalışıb.

Araşdırmadan sonra azarkeş bu hərəkətinə görə 3 aylıq həbslə cəzalandırılıb.

Qeyd edək ki, “Sevilya” PSV-ni 2 oyunun cəmində (3:0; 0:2) məğlub edərək, 1/8 finala adlayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner