"Qarabağ"la oyuna 5 itki ilə çıxacaqlar

"Qarabağ"la oyuna 5 itki ilə çıxacaqlar
ÖLKƏ FUTBOLU 8 Mart 2023 / 14:35 3253
-  A +

Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”la qarşılaşacaq “Səbail” oyuna ciddi itkilərlər çıxacaq.

Bu barədə Qol.az-a açıqlamasında komandanın baş məşqçisi Şahin Diniyev deyib.

O, 5 futbolçunun Ağdam klubuna qarşı oynamayacağını bildirib: “Qış fasiləsindən sonra tam heyətlə oynaya bilmirik. Franko Mazurek və Rahid Əmirquliyev zədəlidir. Qustavo və Ağabala Ramazanov isə cəzalıdır. Ruslan Hacıyev zədədən sonra yavaş-yavaş özünə gəlir. Hələ oyuna hazır deyil. Komandada bu cür çatışmazlıqlarımız var”. 

Qeyd edək ki, martın 11-də keçiriləcək “Qarabağ” – “Səbail” matçı saat 18:00-da başlayacaq.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner